Biogerm

Biogerm [yun. germa – təpə] - su hövzəsinin dibində orqanizmlərin qurduğu, əsasən kalsium-karbonatdan təşkil olunmuş təpə. Canlı halda kalsium-karbonat qabığı quran bu orqanizmlər (mərcanlar, mamırabənzərlər, süngərlər, qurdlar, foraminiferlər, yaşıl və qırmızı yosunlar və b.) öldükdən sonra yaşadıqları vəziyyətdə qalırlar. Biogerm hündürlüyü bir neçə sm-dən onlarla və yüzlərlə m-dək, tutduğu sahə bir neçə km2 ola bilər. Bu qurumların sinxronik çöküntülərlə təması müxtəlif tipli (dik, pazvari yaxud tədrici və i.a.) olur. Biogerm ştokvari, lokal linza və b. şəkillərdə olurlar. Biogerm rif fatsiyaları üçün səciyyəvidir və rifin tərkib elementidir. Əsasən dəniz çöküntüsü olub, bəzən şirin su hövzələrində rast gəlir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.