Mərcanlar

Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.

Mərcan polipləri
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Sinif:
Mərcan polipləri
Beynəlxalq elmi adı

Quruluşu və fiziologiyası

[redaktə | mənbəni redaktə et]

Mərcan polipləri mürəkkəb quruluşdadır. Ayrıca bir fərdin bədəni silindr formasındadır. Tək yaşayan poliplərin aşağı tərəfi yastılaşaraq substrata yapışmağa xidmət edən döşənək əmələ gətirir. Koloniyalı formalarda isə gövdə və ya koloniya budağı ilə birləşmiş olur. Ağız dəliyi bədənin əks tərəfində yerləşir. Ağız ətrafında bəzi poliplərdə (Octocorallia) səkkiz, digərlərində isə (Hexacorallia) altı və ya altıya bölünən sayda içi boş çıxıntılar dəstəsi yerləşir. Ağız boruvari udlağa keçir. Udlaq ağız lövhəsi divarlarının daxili çökməsindən əmələ gəlir. Udlaq borusu bir istiqamətdə yastılaşmışdır. Həmin yarığın ucunda kirpikcikli hüceyrələrə malik olan ağız novcuqları - sifonoqliflər yerləşir. Kirpikciklər arası kəsilmədən hərəkət edərək suyu polipin qastral boşluğuna qovur, udlağın qalan sahələrindən isə qastral boşluqdakı su geriyə-xaricə çıxır. Bağırsaq boşluğunda oksigenlə zəngin təzə kiçik plankton orqanizmlərlə qidalanır.

Oksigeni polipin toxumlarına vermiş və karbon qazı ilə zənginləşmiş su, həzm olunmamış qida qalıqları ilə xaricə çıxır. Qastral boşluq entoderma ilə örtülmüşdür və radial septalarla bölünmüşdür. Kameraların sayı çıxıntıların sayına müvafiqdir. Septalar entoderma ilə örtülmüş mezoqleydən ibarətdir. Polipin yuxarı hissəsində arakəsmələr, bir kənarı ilə bədən divarına, digər kənarı ilə udlağa birləşir. Polipin aşağı hissəsində onlar yalnız bədən divarına birləşir ki, bunun nəticəsində qastral boşluğun mərkəzi hissəsində mədə bölünməmiş olur. Aktiniyalar yırtıcı heyvanlardır. Yaxşı inkişaf etmiş entoderma mənşəli əzələ hüceyrələri septalarda da vardır. Əzələ toxumasının diferensiyası getmişdir. Mərcan poliplərində dərialtı sinir kələfidə güclü inkişaf etmişdir. Ağac kimi qol ataraq artan mərcanların yalnız üst qatı yaşayır, alt qatı isə ölür. Beləcə şişərək böyüyən mərcanlar dayaz yerlərdə qayalıqlara və adalara çevrilirlər. Bu prosesə aylar, illər yox, min illər lazım gəlir.[3]

Çoxalması və inkişafı

[redaktə | mənbəni redaktə et]

Mərcan polipləri qeyri-cinsi və cinsi yolla çoxalır. Aktiniyalar bölünməklə çoxalır. Kolonial formalarda isə tumurcuqlanma müşahidə edilir. Mərcan polipləri ayrıcinslidir. Cinsi hüceyrələr arakəsmələrin entoderması ilə mezoqley arasında formalaşır. Cinsi çoxalma zamanı erkək fərdlərin spermatozoidləri septanın epitelisini yararaq ağızdan xaricə çıxırlar və dişi fərdin ağızdan daxil olaraq ondakı yumurta hüceyrəsini mayalayır. İnkişaf mərhələləri septaların mezoqleyində gedir. Aktiniyaların çoxunda inkişaf polipin əmələ gəlməsinə qədər ana orqanizmin qastral boşluğunda gedir.

Mərcan rifləri

[redaktə | mənbəni redaktə et]

Mərcan rifləri qədim geoloji dövrlərdən başlayaraq mövcud olmuşdur, lakin rif əmələ gətirən heyvanların növ tərkibi dəyişmişdir. Bəzən çox böyük ölçüləri ilə fərqlənən, rif əmələ gətirən mərcanlar Atlantik, HindSakit okeanların tropik hissələrində yayılmışdır. Onlarda iri kirəcli skelet vardır və dayaz zonalarda məskən salaraq mərcan riflərini əmələ gətirirlər. Avstraliyanın, İndoneziyanın və Okeaniya adalarının sahillərindəki riflər daha məşhurdur. Mərcan riflərinin ən şimal sərhədi Qırmızı dənizi keçir. Qışda temperaturu 10 °C-dən a.ağı düşməyən sularda onlar daha rəngarəngdirlər. Riflər 3 formada olurlar: sahil, sədd və atollar [4]

Anthozoa sinfinə iki müasir və üç tamamilə nəsli kəsilmiş yarımsinif aiddir.

  1. Crowther A. L. Class Anthozoa Ehrenberg, 1834. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 19–23. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  2. Ehrenberg C. G. Beiträge zur physiologischen Kenntniss der Corallenthiere im Allgemeinen und besonders des rothen Meeres, nebst einem Versuche zur physiologischen Systematik derselben (alm.). // Abhandlungen der Königlich Preussischen Akademie der Wissenschaften Berlin: 1834. Vol. 1832. S. 225–380. ISSN 2944-442X
  3. "Arxivlənmiş surət". 2009-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-06.
  4. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.117
  1. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh. 117

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Actinia