Bioqrafik metod — "yazıçı"nın yaradıcılığını onun şəxsi həyat təcrübəsinin ifadəsi kimi öyrənmək metodu. Bu metodun başlıca janrı yazıçı "portretidir". Fridrix Şleyermaxerin təfsir elminə görə, yazıçının yaradıcılığını yaxşı başa düşmək üçün onun daxili və mənəvi həyatının faktlarını öyrənmək zəruridir. Bədii metodun banisi fransız tənqidçisi Sent-Böv hesab edilir ("Ədəbi-tənqidi portretlər", c 1 - 5, 1836 - 39). Onun fikrincə, yazıçının irsinin, ədəbi və siyasi mühitinin öyrənilməsi onun yaradıcılığının dərk olunmasının vacib şərtləridir. Bədii metod mədəni-tarixi məktəblərin nəzəriyyəsində və təcrübəsində tətbiq olunmuş (Q.Lanson, İppolit Adolf Ten), Georq Brandesin "tarixi-psixoloji" metodunun təşəkkülünə təsir etmiş, XIX - XX əsrlərdə mətndə yazıçının "daxili mən"ini axtaran "impressionizm" tənqidində əks olunmuşdur. Ədəbiyyatşünaslığın bir janrı kimi, ədəbi portretin təşəkkülü bədii metodla əlaqəlidir ("Qədim portretlər", Nestor Aleksandroviç Kotlyarevsk, 1907; "Rus yazıçılarının siluetləri", Yuli İsayeviç Ayxenvald, 1-3-cü nəşrləri, 1906 - 10 və başqaları). Bəzi ədəbiyyatşünaslar bədii metodu tədqiqat vasitəsi kimi qəbul edir, bioqrafik ünsürləri bədii obrazın qaynaqlarından biri kimi öyrənirlər.
Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. Bakı. 1998.