Biosfer qoruğu — müəyyən bir regionun təbii ekosistemlərini və genofondunu qorumaq, orada və ona bitişik ərazilərdə təbii mühitin öyrənilməsi və monitorinqi məqsədilə yaradılmış xüsusi mühafizə olunan təbiət ərazisidir. Biosfer qoruqları "UNESCO"un himayəsi altında beynəlxalq və milli proqramlar əsasında yaradılır.[1][2] "UNESCO" təşkilatı 669 milli təbii biosfer qoruğunu vahid dünya şəbəkəsinə daxil etmişdir.[3]
1974-cü ildə "UNESCO"nun "İnsan və Biosfer" (MAB) Proqramına uyğun olaraq Azərbaycan dünyada birinci olaraq (1975-ci il) Bakı şəhərində Binəqədi rayonu ərazisində, keçmiş Yaşıllaşdırma Trestinin yerində yaradılmışdır.