Birştonas (lit. Birštonas, pol. Birsztany, rus. Бирштаны) — Litvada kurort şəhəri.
Birştonas | |
---|---|
Birštonas | |
54°36′ şm. e. 24°02′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1382 |
İlk məlumat | 1382 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 79 m, 62 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | LT-59009 |
Digər | |
birstonas.lt | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə Birştonas adı 1382-ci ildə Viqantas Marburqskinin salnaməsində duz mənbələri yanında bir yer kimi çəkilir. O zaman Birştonasın taxta qəsri Panyamune qəsrlərinin istehkam sisteminə aid idi, daha sonra isə Vitovtanın (lit. Vitautas) iqamətgahı oldu. Qrünvald döyüşündən sonra Panyamune qəsrləri öz əhəmiyyətini itirdi. XIV əsrdə qədim şəhərin yerində BLK böyük knyazının ov qəsri yerləşirdi, XV-ci əsrin sonunda onun yanında şəhər əmələ gəlmiş və XVI-cı əsrdə burada artıq bazar yığışırdı. Lakin, XVII əsrin əvvəllərində, Prenay şəhəri yaranan zaman Birştonas öz əhəmiyyətini itirmiş və tənəzzül etmişdir.
Birştonas adının mənşəyi aydın olmayaraq qalır. İki əsas versiya var. Birincisi, təxmin edir ki, Birştonas – birjtva ("ağcaqayınlıq") sözündən -onas Litva şəkilçisinin törəməsidir, cingiltili samit "j" isə tədricən "ş" qədər karlaşıb. Buna baxmayaraq, daha ağılkəsən nəzəriyyə ondan ibarətdir ki, ad Birştonas soyadından əmələ gəlib. Bu soyad tez-tez rast gəlinən olmasa da, o ən çox Suvalkidə yayılıb. Litvada soyadın tək sayında yaranmış toponimlər az olsa da, lakin belə var.
Xəstələrə Birştonasa artıq 1840-cı ildə gəlirdi və yerli sakinlərin evlərində mineral su vannaları ilə müalicə alırdı. Birştonas kurortunun əsası 1851-ci ildə mineral bulaqlar əsaslı tədqiqatlarından sonra qoyulmuşdur, onun əhəmiyyəti 1857-ci ildə yaxınlıqda yerləşən Staklişkes kurortu yandıqdan sonra artmışdı. XIX əsrin altıncı onilliyində Birştonas balneoloji kurort kimi, artıq bütün Rusiya imperiyası ərazisində yaxşı məlum idi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Birştonasda müalicəyə gələnlər üçün 28 vanna fəaliyyət göstərirdi, bir ildə kurorta 2000 insan gəlirdi. Birinci dünya müharibəsi zamanı şəhər ciddi zərər görmüşdü, çox sayda villalar yanmışdı, ancaq XX əsrin 3–4 onilliyində o Qırmızı Xaç cəmiyyəti tərəfindən bərpa edilmişdi. 1927-ci ildən palçıq vannaları öz qapılarını açdı. Sovet dövründə kurort genişlənmiş, sanatoriyalar, kempinqlər tikilmiş, mineral su quyuları qazınmışdı. Kurort bütün il ərzində işləməyə başladı və müalicəyə hər il təxminən 13 min nəfər gəlirdi.
Bu gün Birştonas — Nyamunasın döngələrinin regional parkında, Nyamunas çayının iki tərəfindən, Birştonasın döngəsinin yanında (onu Nyamunasın 3 böyük döngəsi: Punya, Balberişkes, Prenay təşkil edir) yerləşən inteqrallanmış turizmin və müasir sanatoriya müalicəsinin beynəlxalq kurortudur. Birştonasın sanatoriyaları ("Tulpe" və "Versme") bütün il boyu fəaliyyət göstərir. Şəhərdə çoxlu mehmanxana, iki qonaq evi, Birştonas idman mərkəzi, "Birştono Nyamuno Vinqis" kurortu var. Əyləncəli gəmilərdə üzmək, hava balonunda uçmaq, at üzərində gəzinti üçün imkan var. Şəhər iki: Birştonas və Sakral Birştonas muzeyi var. Şəhərin cənub hissəsində, Nyamunasın yanında Vitovta dağı (hündürlüyü 85 m) və onun yanında yerləşən üç təpə və vadidən ibarət Vitovtas parkı yerləşir. Bu orta əsr qəsr dağı – Briştonas şəhərinin qədim yeridir. Arxeoloji qazıntılar müəyyən edib ki, müasir Birştonasın ərazisində ən azı beş qədim yaşayış yeri var, onlarda 2 – mezolit, 1 isə – tunc dövrünə aiddir.
Kurort zonasını XX əsrin əvvəlinə aid salamat qalmış villalar, Müq. Antoni Paduanskinin neoqotik kostyolu, Vitovtun heykəli, Mahnı təpəsi, nohurlar bəzəyir. Kurortda tez-tez konsertlər, poeziya axşamları, idman tədbirlər təşkil olunur. Birştonas həmçinin qış kurortuna çevrilir – dağ xizək trası ilə təchiz edilmişdir. "Briştono mineralinyay vandenis" müəssisəsi üç növ təbii mineral su buraxır: "Vitautas", "Birute" və "Akvile". Birinci ikisinin mineral bulaqları 1924-cü ildən istismardadır, bu məhsulların adlarını isə içki içməməyin böyük tərəfdarı, jyamaytiyalıların yepiskopu Moteyus Valançyus təklif etmişdir.
2020-ci ilin məlumatlarına görə şəhərdə 2331 nəfər yaşayır.