Bir Xəzər Əfsanəsi (balet)

Bir Xəzər ƏfsanəsiLalə Cəfərova tərəfindən bəstələnmiş balet. Balet iki pərdəlidir. Baletin premyerası 30 yanvar 2022-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir.[1][2]

Bir Xəzər Əfsanəsi
Tipi Klassik balet
Bəstəkar Lalə Cəfərova
Librettist Lalə Cəfərova
Xoreoqraf Kamilla Hüseynova
Janr balet
Premyera


Tarixi[redaktə | mənbəni redaktə et]

Səhnələşdirilmə tarixi[redaktə | mənbəni redaktə et]

Bakı Premyerası (Dünya Premyerası)

Rolların ilk ifaçıları

Rol Bakı 2022
Xəzər şah Anar Mikayılov
İbrahim şah Makar Ferştandt
Türkan Ayan Eyvazova
Türkan Ayan Eyvazova
Turan Seymur Qədiyev
Oğuz İslam Məmmədov

2022-ci il səhnələşdirilməsi[redaktə | mənbəni redaktə et]

"Bir Xəzər əfsanəsi"nin 30 yanvar, 2022-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən premyerası əsas rollar Xəzər şahın ifaçısı balerin Anar Mikayılov, İbrahim şah ifaçısı Makar Ferştandt və Türkan rolunun ifaçısı balerina Ayan Eyvazovanın iştirakı ilə baş tutmuşdur.[3]

Rollar[redaktə | mənbəni redaktə et]

  • Xəzər şah
  • İbrahim şah
  • Türkan
  • Turan
  • Oğuz

Librettosu[redaktə | mənbəni redaktə et]

Bir Xəzər Əfsanəsi iki pərdəli balet kimi təqdim edilir.

Birinci pərdə[redaktə | mənbəni redaktə et]

  • Birinci şəkil.

Turan döyüş meydanındadır. İbrahim şah sərkərdəsi Turanı çağırıbə müharibə elan etmək barədə namə verərək, Xəzər şahın torpağına yola salır. Xəzər şahın igidləri çəmənlikdə qəhrəmanlıq və güc nümayiş etdirirlər. Turan və onun atlı dəstəsi şahın sarayına с̧atır və naməni Xəzər şaha verir .

Turan şahın qızı Türkanı görür və ona qarşı qəlbində məhəbbət odu alovlanır. Qız Turana yaxınlaşır. Türkan da oğlana qarşı biganə deyildir. Şah onları bir yerdə görüb qəzəblənir və Turanın həbsinə fərman verir. Türkan atasına onları ayırmamağı rica edir. Şah onların izdivacına razılıq verir.

  • İkinci şəkil.

Turan və Türkan evlənmişlər və çox xoşbəxtdilər. İbrahım şah namə göndərib sərkərdəsi Turanı geriyə çağırır. Turan xanımı ilə vidalaşarkən ona bazubənd bağışlayır. Övladı olarsa bazubəndi övladının qoluna taxmağı tapşırır və: dəstəsi ilə geriyə dönür.

İkinci pərdə[redaktə | mənbəni redaktə et]

  • Birinci şəkil.

Turan və Türkanın Oğuz adlı övladı dünyaya gəlir. Artıq Oğuz böyümüşdür. Dostları ilə güləşərkən bilərzik Oğuzun qolundan düşür. Bu dostlarının diqqətini cəlb edir. Oğuz evə qayıdır. Anasından atasının kim olduğunu soruşur.Turan ərinin xəyalları ilə yaşayır.Əhvalatı Oğuza nəql edir. Oğuz atasını axtarmaq üçün yürüşə çıxır.

  • İkinci şəkil.

İbrahim şahın sarayı. Saray əyanlarından biri daxil olub Oğuzun öz dəstəsi ilə gəldiyini şaha xəbər verir. Oğuzun Turanın oğlu olduğunu bilən şah ata ilə oğulu bir-biri ilə döyüş meydanında qarşılaşdırmaq qərarına gəlir. Turanı çağırarq Oğuzla döyüşə göndərir.

  • Üçüncü şəkil.

Döyüş meydanı. Ata və oğul bir-birini tanımadan qarşı-qarşıya gəlirlər. Qızğın döyüş başlayır, Oğuz Turanı yerə yıxır, lakin zərbə endiriməyə əli gəlmir. İkinci dəfə qarşı qarşıya gələrkən Turan Oğuza zərbə endirir, Oğuz Turanın qolları arasına düşərkən Turan onun qolundakı bazub: ndi görür. Övlad qatili oluğunu başa düşüb fəryad qoparır. Oğuz isə atasını gördüyü üçün özünü xoşbəxt hiss edir və dünyasını dəyişir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. “Bir Xəzər əfsanəsi” baletinin premyerası olub Arxivləşdirilib 2022-02-03 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
  2. "Əsrarəngiz "Bir Xəzər əfsanəsi"". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-11.
  3. ""Bir Xəzər əfsanəsi"". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]