Bir ildə həyat (ing. Life in a Year) — ABŞ istehsalı romantik, dram filmi.
Bir ildə həyat | |
---|---|
ing. Life in a Year | |
Janr |
Romantik Dram |
Rejissor | Mitja Okorn |
İcraçı prodüser | Uill Smit |
Əsərin müəllifləri |
Cefri Addiss Uill Matthevs |
Baş rollarda |
Jaden Smith Kara Delevin Kuba Qudinq Jr. Nia Long |
Montajçı | Metyu Fridman[d] |
İstehsalçılar | Columbia Pictures |
Distribütor | Sony Pictures Releasing |
İlk baxış tarixi | 27 noyabr 2020 |
Müddət | 107 dəq. |
Ölkə | ABŞ |
Dil | ingiliscə |
İl | 2017 |
Rəng | Rəngli |
IMDb | ID6598238 |
Atası Xavier tərəfindən Harvard Universitetinə daxil olmaq üçün yetişdirilən Derin, bir gün axşam bir repçinin konsertinə gizlicə girmək istəyəndə İzabel ilə tanış olur və ona aşiq olur. Derin və İzabel 2 ay sevgili olurlar. Ancaq Derin ona aşiq olduğunu deyəndə İzabel xərçəng xəstəsi olduğunu və ömrünə cəmi bir il qaldığını etiraf edir.
Beləliklə Derin bir ildə həyat yaşamağ üçün plan qurur. İzabel onun reper olduğunu bilirdi və ona ilk demo diskinin hazırlanmasında kömək edir. Derin İzabelı öz ailəsi ilə tanışdırmaq istəyirdi. İzabeldən xoşu gəlməyən Xavier bundan istifadə edib ona suallar verirdi. O, oğlunun diqqətini yayındıran şeylərdən məsələn qızlardan qorumaq onun öhdəliyi idi, xüsusilədə İzabel kimilərindən. Özünü incimiş və rədd edilmiş kimi hiss edən İzabel oradan ayrılır, Derin tək qalır və depressiyaya düşür.
Bir neçə gün sonra Derin Harvardda gözləmə siyahısına düşdüyünü öyrənir, və buna görə atası ilə mübahisəyə girir. Ondan hansı bacarıq və qabiliyyətlərə sahib olduğunu soruşduqda, o, İzabellə bağlı xatirələri yadına salırdı.
Daha sonra Derin universitet məsələsinə görə atası ilə dalaşır, hətta atası ona yumruq atacaq dərəcəyə gəlir, lakin anası müdaxilə edib mübahisəni sonlandırır. Derin İzabelin yanına gedir və ondan üzr istəyir. Ailəsini tərk edib İzabel ilə şəhəri tərk etmək qərarına gəlir.
İkisi birlikdə gözəl günlər keçirir və bir gün Derin onu anasının yanına aparıb ona sürpriz etmək istəyir. İzabeli anası ilə danışmağa inandırır, lakin hər şey Derinin istədiyi kimi olmur. İzabelin anası qızını tanıyır və onun buradan getməsini istəyir. Özünü rədd edilmiş kimi hiss edən İzabel Derindən uzaqlaşmasını xahiş edir.
Maşını idarə edərkən İzabel Derinə qışqırmağa başlayır və diqqətini yayındırır, maşın yaxınlıqdakı kolluğa çırpılır. İzabel maşından düşəndə huşunu itirir və Derin onu dərhal xəstəxanaya aparır.
İzabel evə buraxıldıqdan bir neçə gün sonra anası ziyarətə gəlir, lakin çox qalmır. Derinin anası onun şəhərə qayıtdığını öyrənir və onları ziyarətə gəlir. İzabel təklif edir ki, anası burda olduğu üçün Derin bircə gün ona qulluq etməkdən imtina etsin. Derin bu fürsətdən istifadə edərək ikinci mahnısını yazdırır.
Derin geri qayıdanda anası çaxnaşma içində və İzabel yerdə huşunu itirmiş halda və ağzından qan gəlir. Onu xəstəxanaya aparırlar və orada xərçəngin İzabelin bütün bədəninə yayıldığını aşkar edirlər. Tibb bacısı İzabelin cəmi bir neçə həftəsinin qaldığını deyir.
İzabel evə buraxıldıqdan sonra Derine sürpriz edir. Onlar evlənirlər və sevgilərini tamamlayırlar. Qısa müddət sonra İzabel vəfat edir. Derin atası ilə barışır və məzun olduqdan sonra musiqi karyerasını davam etdirmək üçün Nyu-Yorka köçür.