Bir zamanlar döyüşçü (film, 2011)

Bir zamanlar döyüşçü (teluquca:అనగనగా ఓ ధీరుడు, ingiliscə:Once Upon a Warrior) — Prakaş Kovelamudi tərəfindən teluqu dilində çəkilən 2011 İngiltərəHindistan fantastik macəra filmidir. Film Arka MediaDisney Channel tərəfindən çəkilib. Disneyin teluqu dilində çəkdiyi ilk filmdir. Filmin gəliri 200 milyon rupi dəyərində olub.

Bir zamanlar döyüşçü
Janr fentezi filmi[d][1]
Distribütor Walt Disney Studios Motion Pictures[d]
İlk baxış tarixi 21 yanvar 2011
Ölkə
Dil Teluqu dili
IMDb ID1621994

Məzmunu[redaktə | mənbəni redaktə et]

Disney Channel

İrendri xalqa bədbəxtlik gətirən bir cadugərdir.Bir quru onu həbs edir, insanların həyatlarıyla oynamasına icazə vermir. Sonra isə onu yox edir. Yox edilmədən öncə İrendri özünü bir medalyona köçürür. Ölməyinə rəğmən ruhu həmin medalyonla yaşayır. Nəvəsi Priya isə bir çingənə olaraq yaşayır. Priya cadugər ailədə böyüdüyü üçün bütün sehrləri bilir.

Yodha isə romantik qılıncoynadandır. O, Priyanı sevir. Sudiqundum kəndin ağasıdır və bütün çingənələri öldürür. Yodha onu əngəlləyir və onu məğlub edir. Lakin, Sudiqundum bir plan edir və Yodhanın əllərini bağlayaraq bütün kəndə od vurur.

Bu vaxt Priyanın boynundakı medalyon düşür və İrendri medalyondan çıxır. Güclü İlan İrendriyə Priyanın bir damla qanının ona yenidən güc verəcəyini deyir. İrendri buna görə də, Priyanı həbs edir. Sudiqundum Yodhanı kor edir. Yodhanın ilahi gücü baş qaldırar və o, bir qızı-Mokhanı qurtarar. İntiqam üçün İrendri qonşu kəndin bütün uşaqlarını tanınmaz hala salır.

Durki bütün kəndi qurtarmağa çalışır. Güclü İlan İrendriyə deyir ki, Mokhanın qanı ona əsl gücü verər. İrendri adamlarını Mokhanın yanına göndərir. Lakin, Yodha hamısını öldürür. Mokhanın və Priyanın sağ olduğunu görür və onları qurtarır. Mokhanın ilahi gücüylə Yodhanın gözləri görməyə başlayır. Yodha elə edir ki, İrendri tamam yox olur və heç bir yerdə onun əsər-əlaməti qalmır. Kənd bayramını edir.

Mükafatlar[redaktə | mənbəni redaktə et]

İl Mükafat Nominasiya Qazanan
2011 Nandi mükafatı Ən pis rol Lakşmi Mançu
2011 Nandi mükafatı Ən yaxşı vizual effektlər Disney və Poni Eqqon
2012 SineMAA mükafatı Ən yaxşı aktrisa Şruti Həsən və Lakşmi Mançu
2012 Filmfare mükafatı Ən yaxşı aktrisa Şruti Həsən
Baş rolda Siddhart Narayan

İstinadlar[redaktə | mənbəni redaktə et]