Birbaşa xarici investisiya ya da birbaşa xarici sərmayə qoyuluşu (İngiliscə: Foreign direct investment), portfel investisiyalarından başqa, bir və ya birdən artıq beynəlxalq investorun hamısına sahib olaraq və ya yerli bir və ya bir neçə firma ilə müştərək halda qoyula bilinən mənbələrin bir başqa ölkəyə daşınmasıdır.[1][2]
Birbaşa xarici investisiyalar transmilli şirkətlər vasitəsilə reallaşmaqdadır. Çoxmillətli şirkətlərin digər dövlətlərdə investisiya qoymasını səbəbi, investisiyanın öz ölkələrinə görə daha gəlirli olmasıdır. Ancaq bu investisiya qərarında sadəcə gəlirlilik deyil, investisiya riski də nəzərə alınır. Bu risklər investisiyanın qoyulacağı ölkəyə və zamana bağlı olaraq dəyişməklə bərabər, iqtisadi və siyasi formada da ola bilər.[3]