Birbelüzgəcli şimal terpuqu

Birbelüzgəcli şimal terpuqu (lat. Pleurogrammus monopterygius) — Terpuqkimilər (Hexagrammidae) fəsiləsinə daxil olsn balıq növü. Sakit okeanda yayılmışdır. Balıqçılık sənayesi üçün qiymətli balıq növüdür.

Birbelüzgəcli şimal terpuqu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Birbelüzgəcli şimal terpuqu
Beynəlxalq elmi adı

Sakit okeanın şimalında yayılmışlar. Onlar Kuril adaları sahil sularından başlayaraq Kamçatka yarımadası sahillərinə, Berinq dənizinə qədər yayılırlar. Onlara həmcinin Yapon dənizinin şimalı, Oxot dəniziKomandor adaları sahilləri belə müşahidə edilirlər. Amerika sahillərində isə Alyaska körfəzi, Aleut adaları və Kaliforniya sahillərində müşahidə edilirlər.

Maksimal uzunluğu 56,5 sm, çəkisi isə 2 kq[2] təşkil edir. Maksimal ömür müddəti 15 ildir. Bir ədəd bel üzgəcinə sahibdir.

Erkəklər 4–5, dişilər isə 5 yaşında yetkinləşir. Kürütökmə yerindən və mövsümdən asılı olaraq dəyişir: iyun-sentyabr Kamçatka və Şimali Kuril adaları, may-avqust Komandor və Aleut adaları, noyabr Alyaska körfəzi. Dişilər 5–120 min kürü tökə bilir. Kürünü 20 m dərinlikdə qoyur. Erkək kürüləri 30—-45 gün qoruyur.

Cavan və yetkin fərdlər planktonlarla qidalanırlar. Qidasına kürülər də daxildir. İri fərdlər mintayları (Theragra chalcogramma) belə yeyə bilirlər.

Sənaye əhəmiyyətli ovu ABŞRusiya tərəfindən həyata keçirilir. ABŞ ərazisində 1996-cı ildə 88 min ton balıq ovlsnmışdır.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Pleurogrammus monopterygius" FishBase saytında. April 2006 version.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]