Birinci Göytürk xaqanlığı — Göytürk Xaqanlığı VI əsrin ortasında, Asiyanın şərqində Çin dövlətinin qərbində, sasani-İran dövlətinin məhdudlaşdırdığı İç Asiya çöllərində, şərqdə Avarlar, qərbdə Eftal (Ağ Hunlar) ilə edilən mübarizələr nəticəsində ortaya çıxdı. İlk Xaqanları şərq qanadını idarə edən Bumun Xaqan, qərb qanadını idarə edən qardaşı İstəmi xaqandır. Bütün göytürk ellərini bir yerə yığan və bu səbəblə İlik Xaqan deyə də adlandırılan Bumun Xaqanın ölümündən sonra yerinə oğulu Ko-lo (Qara Xaqan) keçdisə də iqtidarı qısa sürdü. Bir il sonra Muğan xaqan dövlətin başına keçdi. Muğan xaqan Moğol soylu Kitanları məğlub edərək Şərq Göytürk Dövlətinin sərhədlərini Böyük Okeana qədər genişlətdi. Muğan xaqandan sonra taxta Ta-po (Taspar Xaqan) keçdi. Ta-po, Buduqmu qəbul edən və Çini təzyiq altında saxlamaqla seçirildi. Qərbdə isə sərhədlərini Krıma qədər genişlədən İstəmi xaqan öldü. Yerinə oğulu Tardu Xaqan keçdi. Tardu, 603-cü ilə qədər hökmdarlığını davam etdirdi.
Şərqdə Ta-ponun ölümü üzərinə taxta çıxan To-lo-pien (ya da sonrakı adıyla Apa Tarkan) qurultayda edilən müzakirədə təsdiqlənmədi. Yerinə Ta-ponun qardaş oğlu Şa-po-lio (İşbara) Xaqan elan edildi. Çin siyasətlərinin də təsiriylə qərb Xaqanı Tardu, To-lo-pieni dəstəklədi. İşbaranın Apanın anasını öldürtməsi şərq ilə qərb arasındakı əlaqələri bir daha pozdu. İki tərəf artıq bir-birlərinə düşmən oldu. Tardunun ölümündən sonra Qərb Göytürkləri, güclərinin zəiflədiyinin bir göstəricisi olan, yabguluk və şadlıq adları altında Aşana ailəsinə mənsub kəslər tərəfindən idarə olunduqdan sonra 630-cu ildə Çin hakimiyyətinə daxil oldu. Bundan sonra On Oxlar adını alaraq əsrin sonuna qədər federasiyası şəklində Çin hakimiyyətində qaldılar. Şərq Göytürk Xaqanlığı isə, Şi-pi Xaqanın 618-ci ildə ölümünə qədər müstəqilliklərini qorudular. Ondan sonra hakimiyyətə gələn Hieli (İlik) Xaqan Çinin paytaxtını mühasirə etdisə də, əsir alındı. Xaqanın əsarətdə ölməsiylə I Göktürk Xaqanlığı tamamilə yıxılmış oldu (630-cu il). Eyni tarixdə Çin İmperatoru Tai-tsung özünü Türklərin Göy Xaqanı elan etdi. Xaqanlığa bağlı Türk və xarici boylar ətrafa dağılmağa başladılar, bunlardan bir qisimi isə Çin'ə sığındı. 50 il davam edən əsarət həyatında türklərin Çinə qarşı üsyanları müşahidə edildi. Bunların ən məşhuru 639-cu ildə göy-Türk şahzadəsi "Müalicə Şad"ın qiyamıdır.