İstəmi xaqan

İstəmi xaqan (bilinmir və ya VI əsr576 və ya VI əsr, Göytürk xaqanlığı) — Aşina sülaləsindən de-fakto Göytürk xaqanı.

İstəmi Yabqu
Göytürklərin qərb yabqusu
554 – 576
SonrakıTardu xaqan
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir və ya VI əsr
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti suveren[d]
Atası Aşina Tuvu
Uşaqları Tardu xaqan,Tamqan şad
Ailəsi Aşina
Dini Tenqriçilik

İstəmi yabqu, de-fakto müstəqil amma rəsmi olaraq xaqan olmayan yabqu idi. Bizans imperiyasıSasanilərlə diplomatik əlaqələri gücləndirmişdir. Özü haqqında Bizans arxivlərində geniş məlumat tapmaq olar. Bizanslılar tərəfindən Stembis Dizaboulos olaraq bilinirdi. Bumın xaqanın qardaşı idi.

Göytürk Xaqanlığının qısa zamanda güclənməsində böyük rol oynamışdır. Çinə səfərlər təşkil etmiş, Ağ Hunların əlindəki İpək Yolunu ələ keçərmək üçün Sasanilərlə müttəfiqlik etmişdir. Bu ittifaq nəticəsində Ağ Hunların dövləti son verilmişdir. Ancaq bir müddət sonra Sasanilərin İpək Yoluna göz dikməsinə reaksiya olaraq Bizansla ittifaq etmiş və Sasaniləri çətin vəziyyətdə qoymuşdur. Güclü Türk yabqusu İstəminin zamanında dövlət ən geniş sərhədlərinə çatmışdır.