Birinci Kolumbiya vətəndaş müharibəsi

Mərkəzləşdirmə və Federallaşma tərəfdarları arasındakı vətəndaş müharibəsi.Müharibə 1812–1814 illəri əhatə edir.Bu müharibə Kolumbiya tarixində ilk vətəndaş müharibəsidir.

Federallaşma və mərkəzləşmə tərəfdarları arasındakı vətəndaş müharibəsi
Tarix 1812-1814
Yeri Kolumbiya
Səbəbi Mərkəzləşmə və Federallaşma tərəfdarlarının fikir ayrılığı
Nəticəsi Birləşmiş Yeni Qranada Provensiyasını qalibiyyəti
Ərazi dəyişikliyi Kundinamarka vilayyətinin işğalı
Münaqişə tərəfləri

Birləşmiş Yeni Qranada Provensiyası

Azad Kundinamarka dövləti

Komandan(lar)

Simon Bolivar
Antonio Baraya
Kamillo Torres

Antonio Narino
Manuel de Bernardo Alvares

Münaqişədən öncə

[redaktə | mənbəni redaktə et]

1810-cu ildə Yeni Qranada vitse krallığında inqilabi hərəkat başlayır.Vilayyətlərin çoxu Requn idarə üsuluna qarşı cıxır və bir-birinin ardınca mərkəzə tabe olmaqdan imtina edir.1810-cu ilin dekabrında üsyançılar yürüş təşkil edirlər ancaq yürüşə cəmi 8 vilayyət qoşulduğundan (Kartaxena ,Popayan,Tunja,Pamplona,Antokiya) konstutsiya qəbul etmək mümkünsüz olur.27 dekabr 1811-ci ildə Tunjada ikinçi yürüş təşkil edilir.Burada Antokiya,Kartaxena,Neyva,Pamplona və Tunja vilayyətləri birləşərək Birləşmiş Yeni Qranada Provensiyasını yaradırlar.Burada Federasiya aktı imzalanır.Aktda vilayyətlərin muxtariyyəti,sərbəstliyi və bərabərliyi nəzardə tutulurdu.Federallaşma tərəfdarlarına qarşı Mərkəzləşdirmə tərəfdarları müqavimət göstərirdi.Mərkəzləşdirmə tərəfdarları əsasən Boqota və Cako vilayyətlərində cəmləşmişdilər.Onlar bu aktı imzalamaqdan imtina etdilər.Bu vilayyətlər isə müstəqilliyini elan etdilər.Yeni Qranadanın bəzi vilayyətləri isə İspaniyaya sədaqətli qaldılar.1811-ci ildə Kundinamarka vilayyəti Marikita vilayyətini və Neyva vilayyətinin bir hissəsini işğal edir.Buda digər vilayyətlərin etirazına səbəb olur.1812-ci ilin dekabrında isə hərbi əməliyyatlar başlayır.

Müharibənin gedişi

[redaktə | mənbəni redaktə et]
Antonio Narino

2 dekabr 1812-ci ildə federalistlərin qüvvələri Antonio Barayanın başçılığı ilə Ventakemadda qalib gəlir və Santa Fe de Boqotaya irrəlləyir.9 yanvar 1813-ci ildə Antonio Narino federalistləri Santa Viktorinoda Boqota yaxınlığında məğlub edir.Bundan sonra hərbi əməliyyatlarında fasilə yaranır.1813-ci ilin sonlarında cənubdan Loyalistlər hüçuma keçirlər.Narino loyalistlərin qarşısını almağa gedir və ilk döyüşdə qalib gəlsədə sonrakı döyüşdə məğlub olaraq əsir düşür.Bundan xəbər tutan Federalistlər Simon Bolivarın başçılığı ilə hüçum başlanır.10 dekabr 1814-ildə Boqota tutulur və Kundinamarka Birləşmiş Yeni Qranada Provensiyasına birləşdirilir.

Daxili çəkişmələr səbəbindən öz güclərini artırmağa imkan olmaması səbəbindən bütün Kolumbiya əraziləri bir ildən sonra İspaniyanın işğalına məruz qalır.