Birinci Krım-tatar qurultayı ya da Tatar parlamenti 1917-ci ildə keçirilmişdir. Bu qurultayın təşkili 1918-ci il 23 fevralda ruslar tərəfindən şəhid edilmiş Krım müsəlmanlarının birinci müftisi, siyasətçi, şair Noman Çələbi Cihanın adı ilə bağlıdır. 1917-ci il 26 noyabrda Bağçasaraydakı Krım xan sarayında günorta namazından sonra, saat 2-də Qurultay öz işinə başladı. Xan sarayının ətrafında ordu və xalq böyük izdiham və həyəcan içində qurultay vəkillərinin çıxışlarını gözləyirdilər. Qurultayda aşağıdakı məsələlərə baxılıb qərar verildi:
Qurultayda Krım Xalq Respublikasının Əsas Qanununu (Konstitutsiyasını) işləyib hazırlayacaq xüsusi komissiya formalaşdırıldı. 18 maddədən ibarət olan Əsas Qanun Krım-tatar Parlamentinin bütün işlərinin xüsusiyyətlərini, Krım həyatının siyasi, mədəni, iqtisadi və digər tərəflərini əhatə edirdi. Kırm Xalq Respublikası bu Əsas Qanun əsasında qanunlar yaradıb, müstəqil dövlət kimi var olmaq niyyətində idi, lakin Rusiyada hakimiyyəti ələ keçirmiş bolşeviklər milli hökuməti tanımırlar. 1918-ci il 26 yanvarda bolşevik qüvvələri milli hökumətin üzərinə şiddətli hücuma keçir və nəticədə qısa müddətdə hökuməti devirməyə nail olur. Fevralın 23-də isə Birinci Qurultayın rəhbəri hesab edilən Noman Çələbi Cihan güllələndi, meyidi isə Qara dənizə atılır.