Bağçasaray

Bağçasaray (ukr. Бахчисарай; krımtat. Bağçasaray, Багъчасарай; rus. Бахчисарай) — Ukraynada tarixi şəhər. Krım xanlığının paytaxtı. Şərqində Qara dənizə kiçik zolaq şəkilndə sahili olan şəhər. Kırım dağlarını əhatə edən Çürüksü dərəsi vadisində Simferepol-Sevastopol dəmir yolu xəttinin üzərində yerləşir. Şəhər Osmanlı İmperatorluğuna tabe olduğu 1475-ci ildən, Kiçik Qaynarca müqaviləsi ilə muxtar olduğu 1774 ilinə qədər təxmini olara 299 il Osmanlı İmperatorluğunun tərkibə daxil olmuşdur.

Bağçasaray
Бахчисарай
Bağçasaray, Багъчасарай
Gerb
Gerb
44°45′10″ şm. e. 33°51′39″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 55 km²
Mərkəzin hündürlüyü 300 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 28.609 nəf. (2021)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 298400 — 298408
Xəritəni göstər/gizlə
Bağçasaray xəritədə
Bağçasaray
Bağçasaray
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin tarixi

[redaktə | mənbəni redaktə et]

Şəhər 1475-ci ildə Fateh Sultan Mehmed komandirlərindən biri olan Gedik Əhməd Paşa tərəfindən tutulmuş və Osmanlı İmperatorluğuna tabe olmuşdur. Keçmişdə kiçik bir məskunlaşma yeri olan Bağçasaray, 1503-cü ildə İ. Mengli Gəray Xan tərəfindən Çürüksu çayının kənarında inşa edilmiş və daha sonra Krım xanlığının paytaxtı olmuşdur. Beləliklə, Krımın inzibati və mədəniyyət mərkəzi olan Bağçasaray'da, yeni məscidlər və mədrəsələr, həmçinin Xan sarayına yeni hissələr əlavə edildi. Bu fəaliyyətlər arasında; I. Mengli Gəray Xanın və I. Hacı Gəray Xanın da türbələri var.

Osmanlı İmperatorluğu ilə Rusiya Çarlığı arasında 1677-81 döyüşünü bitirən və Dneprin Qərb sahilini Osmanlı İmperatorluğuna, şərq sahilini isə Rusiyaya ilxaqı ilə nəticələnən Bağçasaray müqaviləsi 1681-ci ildə bu şəhərdə imzalanmışdır.

Şəhər 1736-ci ildəki Rus işğalı ərəfəsində böyük təxribatlara məruz qalmışdır 1774-cü uldə Kiçik Qaynarca müqaviləsiı ilə Rusiya, Krımın müstəqilliyini və tərəfsizliyini Osmanlı İmperatorluğuna qəbul etdirdikdən sonra 1783-cü ildə Krımı işğal etməsi nəticəsində Bağçasaray da Rusiya işğalına altına girmişdir. Şəhər bu müddət ərzində də Tatarların əhəmiyyətli bir mədəniyyət mərkəzi olmuşdur.

Şəhərdə böyüyən tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]

Qardaş şəhərləri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Krımla Bursa qardaş olur". 2010-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-20.
  3. "Böyük şəhər bələdiyyəsinin aldığı qərarla Ərzurumun bir qardaş şəhəri daha oldu". 2015-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-09.
  4. "Bağçasaray və Konak qardaş oldu". 2015-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-09.