Birinci Nügədi kənd məscidi — Azərbaycan Respublikasının Quba rayonunun Birinci Nügədi kəndində yerləşən XIX əsrə aid məscid[1].
Birinci Nügədi kənd məscidi | |
---|---|
41°19′28″ şm. e. 48°33′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Birinci Nügədi, Quba |
Yerləşir | Birinci Nügədi kənd yolu |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 4622 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Nügədi kənd məscidi XIX əsrin əvvəllərində kənd sakinləri tərəfindən tikdirilmişdir. Məscid çiy kərpicdən, minarə isə 15 m hündürlükdə qırmızı kərpicdən inşa olunub. Minarə məsciddən təxminən 10-13 il əvvəl tikilib. İlk dəfə minarə məscid ilə eyni vaxtda tikilib. Amma sonradan tikilən məscidin kiçik olduğu görülüb və o sökülərək yerində hazırkı məscid tikilib[2].
Minarənin üzərindəki daş lövhədə bu kəlmələr yazılıb[3]:
Bu minarə Hicri-qəməri təqvim ilə 1316-cı ildə Rəcəb ayında tikilib". Daş lövhənin aşağı hissəsində isə belə qeyd olunub: "Əzaya qalmadan namaza tələs, ölmədən əvvəl də tövbəyə tələs. Bu minarə şərif Hacə-Hacı-Muhamməd tərəfindən tikilib. |
Minarənin sol tərəfindəki başqa bir daş lövhədə isə belə yazılıb[3]:
Bu məscid Molla Zəki Solban oğlu tərəfindən tikilib. |
Sovet işğalından sonra 1930-cu ildə məsciddən kinoklub, idman zalı və anbar kimi istifadə ediblər. Ətrafındakı hücrələr isə uşaq bağçasına verilmişdir. Anbar kimi fəaliyyət göstərən vaxt məscidin taxta döşəmələri sökülüb atılıb və üzlük daşlarla əvəz edilib. Məscidin dam örtüyü eroziyaya uğradığı üçün, 1986–cı ildə təmir olunub. Dam örtüyü dəyişdirilib, xarici fasadları yenilənib. Lakin içəri tərəfi təmir olunmayıb. Azərbaycan müstəqillik əldə edəndən sonra məscidin fəaliyyəti bərpa edilib. Lakin hazırda məscid qəzalı vəziyyətdədir[2].
Məscidin dini icması Dövlət Komitəsindən qeydiyyatdan keçərək fəaliyyət göstərir.[4]