Birinci Nikeya məclisi

Ekumenik Kilsə Məclislərinin birincisi olan Nikeya Kilsə Məclisi 325'ci ildə imperator Konstantin'in dəstəyi ilə Nikeya şəhərində Senatus sarayında baş tutdu. Məclisin müzakirə mövzusu Arius adlı Şimali Afrikalı yepiskopun fikirləri haqqında idi. Xristian dünyasında nüfuz sahibi olan bir çox yepiskop və kilsə atası bu məclisdə iştirak etdi. Onların arasında tarixçi Eusebius, Santa Klaus kimi tanıdığımız Nikolas və başqaları var idi. 

Məclisin müzakirəsini anlamaq üçün Xristianlıqda İsa Məsihin İlahi kimliyi məsələsini açıqlamaq lazımdır. Xristianlar üçün İsa Məsih, Tanrı kəlamının bədən (insan forması) almış halıdır. Yuhanna 1:14'də deyildiyi kimi -başlanğıcda dünyanı yaradan Tanrı kəlamı "bir bədən alıb aramızda yaşadı".

Arius da daxil olmaqla bütün yepiskoplar bu görüşü qəbul edirdilər. Onların fikirlərinin ayrı düşdüyü yer kəlamın təbiəti ilə əlaqədar idi. Ariusa görə Tanrı kəlamı əzəli deyildi və yaradılmışdı. Bu da İsanın kəlam təbiətini mələklərə bənzər bir formada yaradılmış varlıq halına gətirirdi. İskəndəriyyəli Athanasius'un rəhbərliyində bu fikirə qarşı çıxan təslisçilər isə Tanrı Kəlamının yaradılmamış və əzəli olduğunu müdafiə edirdilər. Bu müzakirəni İslam tarixindəki kəlam ilahiyyatı ilə əlaqədar olan fikir ayrılıqlarına bənzədə bilərik. Əşarilərin mövqeyi Athanasius'un fikirlərini xatırladır, Mötəzilə-nin baxışı isə Ariusun baxışına yaxındır. 

Hər iki tərəf Müqəddəs Kitabdan (Bibliya) ayələrlə öz fikirlərini müdafiə edirdilər. Lakin Ariusun , öz fikirlərinin təməl dirəyi olan Kolosselilər 1:15 ayəsini yanlış şərh etdiyi görüldü və Ariusu dəstəkləyən 22 yepiskopdan 20'si Təslisçi tərəfin fikirlərini qəbul etdi. 

Kolosselilər 1:15 ayəsində " Görünməz Tanrının surəti və bütün yaradılış üzərində ilk doğulan O'dur." deyilir. Müzakirələr "ilk doğulan" ifadəsi üstündə idi. Arius-a görə bu ayə İsadakı kəlam təbiətinin yaradıldığını göstərirdi. Bu görüşü ifadə etmək üçün Arius homo-i-ousios (bənzər öz) sözündən istifadə edirdi. Athanasius və onu dəstəkləyən yepiskoplar isə Ariusun ayəni kontekstindən kənar şərh etdiyini deyirdilər. Belə ki, müzakirə edilən ayənin keçdiyi bölmədəki digər ayələr ilk doğulan sözünün fiziki olmadığını ; Kəlamın (İsanın) dünyanı miras aldığı üçün ilk doğulanın haqqına sahib olduğunu açıqlayırdı. Təslisçilər Kəlamın Tanrı essensiya'sı ilə bir olduğunu müdafiə edirdilər və bunu açıqlamaq üçün homo-ousios (eyni essensiya (eyni mahiyyət)) sözündən istifadə edirdilər. 

Nəhayət Məclisin qərarı ortaq inanc bildirişinin qəbulu ilə nəticələndi : " Hər şeyə gücü çatan, görülən və görülməyən hər şeyin yaradanı olan tək olan Ata Tanrıya inanırıq ; Tək olan Rəbb İsa Məsihə inanırıq; Tanrının oğlu, Atadan doğulan Oğul, yəni Atanın öz varlığından yaranan , Tanrıdan Tanrı, İşıqdan İşıq, əsl Tanrıdan gələn əsl Tanrı, yaradılmış deyil doğulmuş, Atanın eyni öz varlığına sahib olan, Özü vasitəsilə göydəki və yerdəki hər şey yaradılmış, biz insanlar üçün və bizim xilasımız üçün göydən enmiş, insan bədəni almış və insanlar arasında yaşamış, çətinlik çəkmiş və üçüncü gündə ölümdən dirilmiş , göyə yüksəlmiş, diriləri və ölüləri hesaba (sorğu suala, məhkəməyə) çəkməyə gələcək olan Odur ; və Müqəddəs Ruha da inanırıq."

  • Davis, Leo Donald. "The First Seven Ecumenical Councils (325–787): Their History and Theology." Michael Glazier; the Liturgical Press. Collegeville, Minnesota, 1990, sf. 33–76.
  • Duffy, John ve John Parker. "The Synodicon Vetus." Dumbarton Oaks, 1979.
  • Yalduz, Alparslan. "Konsillerin Hıristiyanlık Tarihindeki Yeri ve İznik Konsili." T. C. Uludağ Üniversitesi İlahiyat Fakültesi Cilt: 12, Sayı:2, 2003. sf. 286. 
  • Schaff, Philip. "Nicene and Post Nicene Fathers 2 — Vol. 14: The Seven Ecumenical Councils." http://www.ccel.org/ccel/schaff/npnf214.i.html