Birinci Portuqaliya Respublikası (port. Primeira República Portuguesa) — Portuqaliya tarixində 1910-cu ildə baş veren inqilab ilə 1926-cı il dövlət çevrilişi arasındakı 16 illik dövr[1]. Portuqaliyanın 1908-ci ildəki regisidi və respublikaçıların ölkə hökumətindəki artan rolu, anti-katolik, anti-monarxist, liberal yönümlü duyğuların artmasına səbəb oldu. Əsrlər boyu davam edən Portuqaliya krallığının mühafizəkar təməllərinin çökməsi çox sürətlə baş verdi. Cümhuriyyətin mövcudluğunun ilk iki ilində bir çox demokratik islahatlar aparıldı: ümumtəhsil məktəbi sisteminin genişləndirilməsinə başlandı, 1911-ci ildə Portuqaliyalı işçilər tətil hüququ aldılar və vergi islahatı da həyata keçirildi. İlk respublika parlamenti 1911-ci ilin mayında seçildi[2].
Metropoliya | |||||
Birinci Portuqaliya Respublikası | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Lissabon | ||||
Dilləri | portuqal dili | ||||
Rəsmi dilləri | |||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İlk respublika dövründə ölkədə həddindən artıq qeyri-sabitlik yaşandı — 1910-1926-cı illərdə 44 hökumət dəyişdirildi, 24 qiyam, 158 ümumi tətil, narazı hərbi personalın iştirakı ilə 17 dövlət çevrilişi cəhdləri oldu. 1921-ci ildə, Qanlı Gecə deyilən zaman, putşistlər tərəfindən istefa etmək məcburiyyətində qalan Baş nazir Antonio Qranju və bir sıra digər siyasətçilər öldürüldü. Cümhuriyyətin səkkiz prezidentindən yalnız biri bütün müddətə xidmət etdi[3]. 18-ci çevriliş cəhdi Portuqaliya ordusunun hakimiyyəti ələ keçirməsi ilə nəticələndi. 1926-1933-cü illərdəki İkinci Portuqaliya Respublikası belə quruldu və yeni bir konstitusiya qəbul edildikdən sonra Yeni Dövlət (1933-1976) adlanan sözdə Salazar diktatorluğuna çevrildi[4].