Birinci ingilis-əfqan müharibəsi (1838-1842)

Birinci müharibə vaxtı ingilis-hind qüvvələrinin Gəznə istehkamına hücumu, 1839

Birinci müharibə ingilislərin QəndəharQəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədi ilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub - Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. 1841-ci ilin noyabrında Kabildə üsyan qalxdı. İngilislərin marionetkası Şüca şah öldürüldü, işğalçı ordu isə Kabildən qaçdı. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu. 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı və əfqan ərazisini tərk etməli oldular.

Şurayi Aliyin Mücahidin

[redaktə | mənbəni redaktə et]

Müharibə dövründə Əfqanıstanda "Şurayi Aliyin Mücahidin" alı şura yaranmışdı. Şuraya Naib Əminulla xan Lövgəri başçılıq edirdi. Şuraya vəzir Məhəmməd Əkbər xan, Xanşirin xan Cavanşir-Çəndəvuli, Hacı Əli Ağa Hüseyn Kaka daxil idilər.