Birləşmiş Krallıq–Qazaxıstan münasibətləri

Qazaxıstan–Böyük Britaniya münasibətləri – iki ölkə arasında ilk münasibətlər 19 yanvar 1992-ci ildə qurulmuşdur. Böyük Britaniya Qazaxıstanda öz səfirliyini 1992-ci ilin oktyabrında, Qazaxıstan isə Böyük Britaniyadakı səfirliyini 1996-cı ilin fevralında açmışdır[1]. Son on illiklər zamanı Qazaxıstanla Qərb ölkələri arasında münasibətlər olduqca yaxşı yöndə inkişaf etməkdədir. Bu onun terrorizmə qarşı mübarizədə göstərdiyi mövqe ilə əlaqədardır.

Qazaxıstan-Böyük Britaniya münasibətləri
Qazaxıstan və Böyük Britaniya
 Qazaxıstan  Böyük Britaniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Britaniya Qazaxıstanda olan xarici investorlar arasında 3-cü ölkədir. Ümumi xarici yatırımların həcmi 14 % təşkil edir. Böyük Britaniyaya məxsus 100-dən artıq şirkətin Qazaxıstanda biznesi vardır[2]

ВАЕ Systems «Air Astana» şirkətində 49 % səhmə sahibdir.

Qazaxıstan–Böyük Britaniya strateji dialoqu[redaktə | mənbəni redaktə et]

Qazaxıstan-Böyük Britaniya strateji dialoqu qarşılıqlı siyasi dialoq və əməkdaşlıq üçün bir platformadır. Ona hər iki ölkənin xarici işlər naziri başçılıq edir.

İqtisadi əlaqələr və ticarət[redaktə | mənbəni redaktə et]

Britanitya investorları və şirkətləri Qazaxıstan iqtisadiyyatına 1991-ci ildən 25 milyard dollar investisiya qoymuşdur. Böyük Britaniya və Qazaxıstan Trans-Avrasiya nəqliyyat dəhlizi və İpək Yolu üçün dəstəkləyici infrastruktur və kommersiya fəaliyyəti yaratmaq üçün əməkdaşlıq edir.

Görüşlər və qarşılıqlı səfərlər[redaktə | mənbəni redaktə et]

Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev ölkəsinin bir sıra iş adamları ilə birlikdə Londonda İngiltərənın Baş naziri Toni Blear, Kraliça II Elizabet, xəzinədar kansler Qordon Braun, Lord-merlər Con və Jan Lemer, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşmüşdür. Nazarbayev Qazaxıstanın artan iqtisadiyyatını nəzərə alaraq Böyük Britaniyanın baş naziri Blear və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə enegetika sahəsində əməkdaşlıq məələlərini müzakirə etmişdir. Nazarbayev Londondakı digər iş adamları ilə bir araya gəlmiş və London Metal Birjasını ziyarət etmişdir.

Siyasi analitiklər hesab edirlər ki, Nazarbayev bu səfəri Britaniyanın hökumət rəsmilərinə Qazaxıstanının iqtisadi baxımından yüksəldiyini və demokratikləşmədə irəliləyiş əldə etdiyini isbatlamaqla 2009-cu ildə Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatına rəhbərliyi ölkəsinə verilməsinə inandırmağa çalışmaq olmuşdur. ATƏT Nazirlər Soveti bununla bağlı qərar qəbul etmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. About the Embassy Arxivləşdirilib 2008-02-12 at the Wayback Machine The Embassy of the Republic of Kazakhstan in the United Kingdom of Great Britain and Northern Ireland
  2. Analiz: Nəyə görə dünya Qazaxıstan haqqında düşünür? Arxivləşdirilib 2020-11-09 at the Wayback Machine The Times