Birlad (çay)

Birlad — (rum. Râul Bârlad) Rumıniyada çay. Siret çayının sol qolu. Uz. 250 km, hövzəsinin sah.7,6 min km2 . Başlanğıcını Bırlad platosunun q. hissəsindən götürür, əsasən, Moldova yüksəkliyi ilə axır. Yaz daşqınları olur,yayda bəzən quruyur. Suvarmada istifadə olunur; dəyirman qurğuları var. Vasluy,Bırlad, Tekuç şəhərləri Birlad sahilindədir.[1]

Birlad
rum. Râul Bârlad
Ölkə  Rumıniya
Mənbəyi Bırlad (plato)
Mənsəbi Siret
Uzunluğu 250 km
Su sərfi 9 m³/s
Hövzəsinin sahəsi 7,6 min
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 12. ISBN 978-9952-441-03-1.