Birlik heykəli (hind. स्टैच्यू ऑफ यूनिटी) — Hindistanın baş naziri vəzifəsini icra etmiş və Hindistanın müstəqillik hərəkatının liderlərindən biri olan Vallabhai Patelin şərəfinə ucaldılmış, Qucaratda yerləşən heykəl. Heykəlin hündürlüyü 182 metr olmaqla Azadlıq heykəlindən 4 dəfə böyükdür.[1][2] Abidə Larsen & Toubro firması tərəfindən inşa olunmuş, kontraktının ümumi dəyəri isə 2,989₹ kror (420 milyon $) olmuşdur.
Birlik heykəli | |
---|---|
hind. स्टैच्यू ऑफ यूनिटी | |
Ölkə | Hindistan |
Yerləşir | Qucarat |
Heykəltaraş | Ram Sutar |
Tikilib | 31 oktyabr 2018 |
Hündürlüyü |
182m 240m (Bünövrəsi ilə) |
Material | polad çərçivə, armaturlanmış beton, bürünc ötrük |
Vikianbarda əlaqəli mediafayllar |
Birlik heykəli Sadhu Bet adlı bir ada üzərində, Narmada bəndindən 3.2 km məsafədə ucaldılmışdır. Bünövrəsinin hündürlüyü 58 metr, heykəlin öz hündürlüyü isə 182 metr olmaqla abidənin ümumi hündürlüyü 240 metrdir. Abidə dəmir çərçivə, armaturlanmış beton və bürünc ötrüklə inşa olunmuşdur.[3] Hazırlanması zamanı 75,000 kub metr betondan, 5,700 ton polad çərçivədən, 18,500 ton armaturlanmış polad çubuqlardan və 22,500 ton bürünc üzlükdən istifadə olunmuşdur.[4][5][6]
.