"Ana Vətən çağırır!" (rus. Родина-мать зовёт!) — Rusiyanın Volqoqrad şəhərindəki Mamayev kurqan üzərində yerləşən "Stalinqrad döyüşünün qəhrəmanları" abidə-ansamblının kompozisiya mərkəzi olan heykəl. Heykəl sovet sosialist realizmi üslubunda hazırlanıb. Abidə heykəltaraş Yevgeni Vuçetiç və tikinti mühəndisi Nikolay Nikitin tərəfindən hazırlanmış və 1967-ci ildə dünyanın ən hündür heykəli elan edilmişdir. 85 metr (279 ft) hündürlüyündəki "Vətən çağırır!" abidəsi Avropada və Asiyadan kənarda olmaqla şərq yarımkürəsində ən hündür heykəl olmaqla birlikdə, postamentlər nəzərə alınmadıqda həm də dünyadakı ən hündür qadın heykəlidir. Postament nəzərə alınarsa, bu status Nyu-Yorkdakı Azadlıq heykəlinə aiddir.[1]
Ana Vətən çağırır! | |
---|---|
Ölkə | |
Tikilib | 1959 |
Hündürlüyü | 85 m, 2 m |
Material | beton |
Saxlanıldığı yer | |
Vikianbarda əlaqəli mediafayllar |
Heykəltəraş Yevgeni Vuçetiç və mühəndis Nikolay Nikitinin işi olan heykəl əlində qaldırılmış qılıncla irəli addımlayan 85 metr (279 ft) hündürlüyündə qadın fiqurundan ibarətdir. Heykəl oğul və qızlarını düşməni dəf etməyə, hücuma qayıtmağa çağıran Vətənin alleqorik obrazıdır.
Abidənin tikintisinə 1959-cu ilin may ayında başlanılmış və 15 oktyabr 1967-ci ildə başa çatdırılmışdır.[2] "Ana Vətən çağırır!" inşası başa çatdığı zaman dünyanın ən hündür heykəli idi. Heykəldə bərpa işləri 1972-ci ildə aparılmış, qılınc tamamilə paslanmayan poladdan ibarət olan yenisi ilə əvəz olunmuşdur.[3]
Çox güman ki, Vuçetiç fiquru disk atıcı Nina Dumbadzedən, üzünü isə həyat yoldaşı Veradan ilhamlanaraq yonub.[4] Müxtəlif mənbələrə görə, heykəl üçün Valentina İzotova[5] və ya Yekaterina Qrebneva[6] pozalar vermişdir. Heykəlin Parisin Zəfər tağındakı "Marselya" fiquru ilə paralel olduğu da güman edilir.
Heykəl gecələr proyektorlarla işıqlandırılır. "Ana Vətən çağırırı!" 9 may 2018-ci ildə Rusiyada 72-ci Qələbə Günü münasibətilə "Böyük Qələbənin İşığı" adlı işıq şousunun bir hissəsi kimi işıqlandırılmışdır.[7]
Təpənin başlanğıcından abidəyə 200 addım məsafə var ki, bu da Stalinqrad döyüşünün 200 gününü simvolizə edir.[1] Heykəl həm Volqoqrad vilayətinin indiki bayrağında, həm də gerbində əks olunub.
Abidənin ərazisində Sovet İttifaqının marşalı Vasili Çuykov, Stalinqrad döyüşündə alman ordusunun və onların müttəfiqlərinin 225 əsgər və zabitini qətlə yetirmiş İkinci dünya müharibəsi dövrünün məşhur rus snayperi Vasili Zaytsev də dəfn olunub.
Abidə Maqnitoqorskdakı "Arxa cəbhə" və Berlindəki "Sovet müharibə memorialı" abidələrindən triptixin mərkəzi hissəsidir. Məlumdur ki, Ural ətrafında düzəldilmiş qılınc daha sonra Vətən tərəfindən Stalinqradda qaldırılmış və Berlindəki qələbədən sonra yerə atılmışdır.[8][9][10][11]