Birol Akgün

Birol Akgün (türk. Birol Akgün; 25 mart 1968, Soma, Manisa ili) — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri[1]

Birol Akgün
Birol Akgün
bayraq
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
3 dekabr 2024-cü ildən
ƏvvəlkiCahid Bağçı
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1968(1968-03-25) (56 yaş)
Doğum yeri
Təhsili
Elmi fəaliyyəti
Elmi adı

1968-ci ildə Manisanın Soma ilçəsində anadan olub. İlk və orta təhsilini Soma ilçəsində tamamlayıb.

1993-cü ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Milli Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-yə gedib. Orada Case Vestern Reserve Universitetində (Klivlend, Ohayo) siyasi elmlər üzrə magistr (1996) və PhD (2000) dərəcəsini alıb.

Türkiyəyə döndükdən sonra Selcuk Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq Əlaqələr Departamentində işləməyə başlayıb. 2001-ci ildə dosent, 2009-cu ildə isə professor elmi dərəcələrini qazanıb. Daha sonra Yıldırım Beyazıt Universiteti Siyasi elmlər fakültəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb.

Prof. Dr. Birol Akgün 2016-cı ildən etibarən Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri olaraq, Türkiyənin beynəlxalq təhsil sahəsindəki fəaliyyətlərinə rəhbərlik edib. Bu vəzifədə dünyanın müxtəlif ölkələrində təhsil müəssisələrinin qurulması və idarə olunmasında mühüm rol oynayıb.

Akgün siyasi sosiologiya, diaspora və miqrasiya siyasəti, inkişaf etməkdə olan ölkələr, qlobal miqrasiya və yüksələn güclər, beynəlxalq təşkilatlar və Türkiyə mövzularında çoxsaylı elmi nəşrlərin müəllifidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]