Biryani

Biryani və ya Biriyani (urdu بریانی; hind. बिरयानी) – Düyüdən (adətən basmati növləri) və ədviyyatlı ət, balıq, yumurta və ya tərəvəzlərin əlavəsi ilə hazırlanmış ikinci yemək. Biryani hazırlamaq üçün lazım ədviyyatlar və souslar: əridilmiş yağ, kərəvüz, mixək, hil, darçın, dəfnə yarpağı, keşniş, zəfəran, nanəli göyərtilər, zəncəfil, soğan və sarımsaq. Ancaq bu siyahı tam deyil.

Biryani
Aid olduğu milli mətbəxlər
Hindistan mətbəxi, İran mətbəxi
Tərkibi
Əsas

Yemək müxtəlif çeşidlərdə bütün Cənubi Asiyada, həmçinin ərəb ölkələrində və Qərbdə olan Cənubi Asiya icmaları arasında yayılmışdır. Göründüyü kimi, o İran mənşəlidir və Hindistan subkontinentinə İranlı tacirlər və səyyahlar sayəsində daxil olmuşdur.

Biryani dahi çatni və ya raita, korma, karri, badımcan turşusu, xırda dəniz xərçəngi kimi hind mətbəxindən olan digər yeməklərlə üst-üstə düşür. Plovdan ətli biryani onunla fərqlənir ki, plovda duyu ilə ət bir yerdə, biryanidə isə ayrı-ayrı hazırlanır.

Bir nəzəriyyəyə görə, biryani sözü fars dilindəki birinc (fars. برنج‎), yəni düyü sözündən gəlir.[1][2] Başqa nəzəriyəyə görə isə o, fars beryā(n) (fars بریان, qızardılmış) sözündən alınmışdır.[3][4]

Biryaninin növləri

[redaktə | mənbəni redaktə et]
Bombey biryanisi
İraq biryanisi
Toyuq əti ilə biryani
Danpauk

Heydərabad biryanisi

[redaktə | mənbəni redaktə et]

Heydərabad biryanisi qeyri-vegeteryandır və bütün Hindistanda yayılmışdır. Bu yeməyin balıq, bıldırcın, dovşan, şimal maralı, xırda dəniz xərçəngi ilə bir çox çeşidi var. Ən məşhur çeşidi basdırma ətli "Kaçi Axni Biryani" adlandırılır.

Dindigül Biryanisi

[redaktə | mənbəni redaktə et]

Dindiqül Biryanisi "seeraga samba" düyü növündən hazırlanır və Tamilnad ştatında çox məşhurdur.

İran Biryanisi

[redaktə | mənbəni redaktə et]

Səfəvilərdə "Biryan plov" adlı yemək (nasta'liq: بریان پلو) təndirdə xörək şirəsi, ətirli ədviyyatlarla, göyərtilərlə, kişmiş, qara gavalı, qar dənələri kimi quru meyvərlə basdırılmış qoyun və ya toyuq ətindən hazırlanırdı. Qarnir kimi qaynadılmış düyü verilirdi.

İranda biryaninin daha çox yayılmış adı – Dahm Pukht'dur. Bu "buğda bişmiş" anlamına gəlir. Myanma və bəzi digər ölkələrdə bu ad "danpauk" adına çevrildi.

Sindh Biryanisi

[redaktə | mənbəni redaktə et]

Sindh biryanisi Pakistanda məşhurdur. "Pakistan Beynəlxalq Hava Yolları"nın bir çox qərb marşrutlarında milli mətbəxi populyarlaşdırmaq üçün bu yeməyi təqdim edirlər.

Kəlküttə Biryanisi

[redaktə | mənbəni redaktə et]

Biryaninin ən məşhur növləri əvvəlcə Kəlküttənin yoxsul ərazilərində yayılmışdır, ona görə ki, bu yeməkdə ət kartof ilə əvəz edilmişdi. Hal-hazırda kartofun çox olması Kəlküttə biryanisinin fərqləndirici xüsusiyyəti sayılır, bu da yeməyə ət əlavə edilməsinə mane olmur.

Myanmada bu yemər "danpauk" və ya "danbauk" kimi tanınır. Onun fərqli xüsusiyyəti düyü və toyuğun birlikdə bişirilməsidir. Bundan əlavə, düyülərin "basmati" növü deyil, yerli növlərindən istifadə olunur, Digər ingrediyentlər qoz-fındıq, noxud, kişmiş, qatıq, mixək, darçın və dəfnə yarpağından ibarətdir. Yeməyin yayında tez-tez soğan və xiyar salatı verilir.

Tayland Biryanisi

[redaktə | mənbəni redaktə et]

Taylandda, bu yeməyin "xau mok" adlanan çeşidi məşhurdur. Əhalinin müsəlman hissəsi ona keçi əti əlavə edir, lakin toyuq və mal əti də hazırlama prosesində istifadə olunur.

Şri-Lanka Biryanisi

[redaktə | mənbəni redaktə et]

Şri-Lankada, biryani müsəlmanlar arasında daha məşhurdur və toyuq, mal və ya qoyun əti ilə verilir. Burada, hind çeşidlərindən fərqli olaraq yemərdə daha çox ədviyyatlardan istifadə olunur.

Bu, yeməyin MalayziyaSinqapurda olan yerli adıdır. Əsas ingrediyent kimi toyuq, qoyun əti və ya balıqdan istifadə olunur. Filippinin bəzi bölgələrində bu yemək "nasin-birinqi" kimi məşhurdur.

Briyani. Net Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine

  1. Karan, Pratibha. Biryani. Random House India. 2009. 1–12, 45. ISBN 978-81-8400-254-6.
  2. "Definition of 'biryani'". Oxford Dictionary. 14 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 July 2016.
  3. Cannon, Garland Hampton; Kaye, Alan S. The Persian Contributions to the English Language: An Historical Dictionary. Otto Harrassowitz Verlag. 2001. səh. 71. ISBN 978-3-44704-503-2.
  4. Vishal, Anoothi. "When rice met meat". Business Standard. 14 May 2011. 28 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2018.