Urdu dili (urdu اردو) və ya danışanlara məlum olduğu kimi Laşkari[3]; yazılı لشکری, — XIII əsrdə yaranan və Hind-Avropa dilləri ailəsinə daxil olan dil. Pakistanın rəsmi dilidir.
Urdu dili | |
---|---|
Orijinal adı | اردو (لشکری), Urdu (Laşkari) |
Ölkələr | Hindistan, Pakistan, Fici, İngiltərə, Kanada, ABŞ, Norveç, bəzi Avropa ölkələri |
Rəsmi status | Pakistan, Hindistan (Andhra Pradeş, Bihar, Cammu və Kəşmir, Dehli, Uttar-Pradeş, Uttarakhand) |
Danışanların ümumi sayı | |
Reytinq | 19-20 |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | ərəb əlifbası (nəstəliq xətti), latın əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | urd 730 |
ISO 639-1 | ur |
ISO 639-2 | urd |
ISO 639-3 | urd |
Dilin strukturlarının dünya atlası | urd |
Ethnologue | urd |
Linguasphere | 59-AAF-q |
ABS ASCL | 5212 |
IETF | ur |
Glottolog | urdu1245 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Hindistanda urdu dili 23 rəsmi dövlət dilindən biridir. Ölkədə təxminən 50 milyon nəfər bu dildə danışır. Dünyada 63,431,800 nəfər urdu dilini öz ana dili kimi istifadə edir, təxminən 150—200 milyon nəfər isə bu dildə danışa bilir. Pakistanda və Hindistanda çox yayılmışdır. Pakistanın rəsmi dillərindən biridir. Hindistanın bəzi bölgələrində də rəsmi dildir. Urduca Türk dillərində olan "ordu" sözündən törəmişdir. Yerli olaraq Laşkari və ya Laşkari dili olaraq bilinir. Buna görə də, bu dilə Ordu dili də deyilir. Hind dilinə çox bənziyir. Urduca özəlliklə Hindistanda müsəlmanlar tərəfindən işlədilir. Hind dilində çox bənzəsə də, bu dil Hind dilindən fərqli olaraq ərəb dilinin əlifbasıyla yazılır. Urduca türk dilindən, monqol dilindən, fars dilindən, sanskrit dilindən, ərəb dilindən və hind dilindən çox söz almışdır. Urdu əlifbası ərəb əlifbasına əsaslanır. Pakistanda urdu dili nəstəliq xətti ilə yazılır.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |