Bisan boğazı

Bisan boğazı (yap. 備讃瀬戸) — Daxili Yapon dənizinin mərkəzi hissəsində yerləşən ŞikokuHonşu adaları arasındakı boğaz. Bisan boğazı Harim dənizi və Binqo-Nada körfəzini birləşdirir[1].

Bisan boğazı
yap. 備讃瀬戸
Ümumi məlumatlar
Eni 6,7 km
Ən böyük dərinliyi 20-40 m
Yerləşməsi
34°21′59″ şm. e. 133°49′27″ ş. u.
Ölkə  Yaponiya
Akvatoriyası
Ayırır Honşu adasını Şikoku adasından
Bisan boğazı xəritədə
Bisan boğazı
Bisan boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boğazın sahillərində Okayama, Xirosima və Kaqava prefekturaları yerləşir. Boğazın sahəsi 1,063 km², sularının həcmi 17,3 km³; orta dərinlik - 16,3 m təşkil edir. Boğaza birinci dərəcəli Takahaşi, Aşida və Doki çayları tökülür. Su hövzəsinin sahəsi 5000 km²-dir. Ən böyük dərinliyi 20-40[2] m arasıpnda dəyişir.

1988-ci ildən Seto körpüsü boğazın üzərindən çəkilir.

  1. "備讃瀬戸". kotobank.jp (yapon). 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  2. "5.備讃瀬戸" (PDF). www.env.go.jp (yapon). 2022-09-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-16.