Bisavad Teymur

Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu1981) — el şairi[1]

Bisavad Teymur
Tеymur Əsgər oglu
Digər adı Bisavad
Doğum tarixi
Doğum yeri Tap Qaraqoyunlu, Goranboy, Cavanşir qəzası
Vəfat tarixi 1981
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair

Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur.[2]

Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı.

Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir.[3]

Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır.

El şairinin oğlu Mirzə Əsgərovdur.

  1. Azərbaycan aşıqları və el şairləri. II cild, Bakı 1984
  2. Sultanov, Z. El şairinə ehtiram: [Gəncəbasarda "Bisavad Teymur" adı ilə tanınmış Aşıq Teymur Əhmədovun anadan olmasının 110 illiyi ilə əlaqədar el şairinin Goranboy rayonunda yubiley mərasimi keçirilmişdir] //Xalq qəzeti.- 2012.- 13 aprel.- S. 7.
  3. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.