Biskra (ərəb. بسكرة ) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin və dairənin inzibati mərkəzi. Əlcəzair şəhərindən təxminən 400 km cənub-şərqdə, Batna şəhərindən 115 km cənub-qərbdə və Tuqqurt şəhərindən 222 km şimalda yerləşir. Əhalisi 190 min nəfərdir (2005-ci il təxmini).[2]
Biskra | |
---|---|
34°51′ şm. e. 5°44′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 87 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 07000 |
Vikianbarda əlaqəli mediafayllar |
IX əsrdə şəhərin yerləşdiyi torpaqlar ərəblər tərəfindən zəbt edilmişdir. XII əsrin əvvəllərində Biskra yarımmüstəqil Zab dövlətinin paytaxtı olmuşdur. Buna baxmayaraq, artıq XIII əsrdə bu torpaqlar İfriqiyə dövlətini idarə edən Hafsilər sülaləsinin hakimiyyəti altına keçmişdir. 1552-ci ildə Biskra Osmanlı İmperiyası tərəfindən fəth edilmişdir.[2][3] Türk hökmranlığı XIX əsrin birinci yarısına qədər davam etmişdir. 1844-cü ildə Biskra fransız qoşunları tərəfindən tutulmuşdur.[4] 1849–1851-ci illərdə şəhərdə qala ucaldılmışdır.[2][3]
1962-ci ildə Biskra müstəqil Əlcəzairin bir hissəsi olmuşdur.