Biskra (şəhər)

Biskra (ərəb. بسكرة ‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin və dairənin inzibati mərkəzi. Əlcəzair şəhərindən təxminən 400 km cənub-şərqdə, Batna şəhərindən 115 km cənub-qərbdə və Tuqqurt şəhərindən 222 km şimalda yerləşir. Əhalisi 190 min nəfərdir (2005-ci il təxmini).[2]

Biskra
34°51′ şm. e. 5°44′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 127,55 km²
Mərkəzin hündürlüyü 87 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 204.661 nəf. (2008)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 07000
Xəritəni göstər/gizlə
Biskra xəritədə
Biskra
Biskra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IX əsrdə şəhərin yerləşdiyi torpaqlar ərəblər tərəfindən zəbt edilmişdir. XII əsrin əvvəllərində Biskra yarımmüstəqil Zab dövlətinin paytaxtı olmuşdur. Buna baxmayaraq, artıq XIII əsrdə bu torpaqlar İfriqiyə dövlətini idarə edən Hafsilər sülaləsinin hakimiyyəti altına keçmişdir. 1552-ci ildə Biskra Osmanlı İmperiyası tərəfindən fəth edilmişdir.[2][3] Türk hökmranlığı XIX əsrin birinci yarısına qədər davam etmişdir. 1844-cü ildə Biskra fransız qoşunları tərəfindən tutulmuşdur.[4] 1849–1851-ci illərdə şəhərdə qala ucaldılmışdır.[2][3]

1962-ci ildə Biskra müstəqil Əlcəzairin bir hissəsi olmuşdur.

  1. https://www.citypopulation.de/en/algeria/cities/.
  2. 1 2 3 Biskra Arxivləşdirilib 2018-10-18 at the Wayback Machine LookLex Encyclopaedia  (ing.)
  3. 1 2 "Biskra (Algeria)" (ingilis). Britannica Online Encyclopedia
  4. "Рынок, Бискра, Алжир". World Digital Library. 1899. 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.