BitClout — açıq mənbəli kriptovalyuta və sosial media platformu.[1][2][3]
BitClout (DeSo) | |
---|---|
Denominasiyalar | |
Simvol | DESO |
İnkişafı | |
Həyata keçirilməsi | 18 yanvar 2021 |
İlkin buraxılış | 2021 |
Kod anbarı | https://github.com/bitclout/core |
Lisenziya | https://github.com/bitclout/core/blob/main/LICENSE |
Vebsayt | bitclout.com |
Əsas mühasibat | |
İstehsal məhdudiyyəti | ~10,800,000 |
Nader əl-Nəci 2019-cu ilin əvvəlində "sosial media ilə investisiyanı birləşdirmək" haqda araşdırmağa başladı. 2019-cu ilin mayında blokçeyn yaratmağa başladı amma bunu 2020-ci ilin noyabrında qədər heç kimə demədi.[4][5][6] 2020-ci ilin payızında yeni iş üçün iş elanları paylaşdı.[7]
BitClout-un ilk bloku 18 yanvar 2021-ci ildə buraxıldı.[8] Növbəti blok isə 1 mart 2021-ci ildə buraxıldı.[9][10] Beləcə mayninq sürətləndi.[11]
24 mart 2021-ci ildə beta versiyadan çıxdı.[1] Sequoia Capital, Andreessen Horowitz və digər şirkətlər layihənin ilk investorları olmuşdur.[1]
12 iyun 2021-ci ildə BitClout-un dövriyyəsi 10,8 milyon koinlə məhdudlaşdırıldı.[3][12]
Platforma 18 iyul 2021-ci ildə istifadəçilərin NFT ticarəti edə bilmələrini təmin etməyə başladı.[13]
BitClout 21 sentyabr 2021-ci ildə "Mərkəzi olmayan sosial" (Decentralized Social) ifadəsinin qısaltması olan DeSo olaraq adlandırıldı.[14][4][15]