Bitki morfologiyası

Bitki morfologiyası (morfe yunanca forma, loqos elm deməkdir) — geniş mənada bitki orqanizmlərinin daxili və xarici formaları, quruluşları və fərdi inkişaflarının tarixi haqqında, məhdud mənada isə bitkilərin həm mikroskopik, həm də makroskopik quruluşları haqqında məlumat verir.

Bitki morfologiyası bitkilərin xarici əlamətlərini təsvir etmək zərurətindən meydana çıxmış və nəticədə morfologiyaya aid islahatların yaranmasına səbəb olmuşdur.

Lakin, bitkilərin daxili mikroskopik quruluşundan botanikanın xüsusi sahəsi olan bitki anatomiyası daha ətraflı bəhs edir. Daxili morfologiya (anatomiya) ilə xarici morfologiya arasında kəskin sərhəd yoxdur. Bunları bir-birindən fərqləndirən mikroskopik və makroskopik tədqiqat metodlarıdır.

Əsas vəzifələri

[redaktə | mənbəni redaktə et]

Bitki morfologiyasının əsas vəzifələri — bitki orqanlarının, məsələn, yarpaqların, budaqların, çiçək hissələrinin düzülüşlərindəki qanunauyğunluqları aydınlaşdırmaq, habelə onların bu və ya başqa hissələrinin mənşəyini təmin etməkdir.

Bitki morfologiyası bitkilərin hər hansı hissələrinin həqiqi təbiətini, mənşəyini öyrəndikdə makroskopik metodla birlikdə ayrı-ayrı hallarda fiziolojibiokimyəvi üsullardan da istifadə edir. Çoxalma orqanlarının istər makroskopik, istərsə mikroskopik öyrənilməsi morfologiya elminə aiddir.

Mikroskopik tədqiqatda məqsəd həmin orqanların inkişafını öyrənməkdir ki, bununla müxtəlif bitkiləri müqaisə edərək, onların mənşəyini, təbiətini və təkamülündəki dəyişiklikləri aydınlaşdırmaq mümkün olur. Vegetativ orqanların daxili mikroskopik quruluşlarını öyrənməkdə məqsəd bitkinin həyatını anlamaq, onların fizioloji vəzifələrini izah etməkdir ki, bu da anatomiyaya aiddir.

Bitki morfologiyasının əsas metodu bitkilərin fərdi inkişafını öyrənməkdən, normal inkişaf etmiş bitkinin üzərində müşahidə və müqaisə aparmaqdan ibarətdir.

  • Teratologiya. Bitkilərdə olan anormallıqdan, eybəcərlikdən bəhs edən xüsusi morfologiya hissəsinə teratologiya deyilir ki, bu da bəzən morfoloji məsələlərin həllinə kömək edir.
  • Filogeniya. Morfologiyanın bitkilərin filogenetik inkişafının izahında da əhəmiyyəti vardır. Filogeniya ayrı-ayrı bitki qruplarının, cinslərinin, növlərinin təkamül nəticəsindəki inkişafından bəhs edir. Bitkilərin filogeniyası başlıca olaraq müqaisəli morfoloji və fitopaleontoloji tədqiqatlara əsaslanır, filogeniya eyni zamanda bitkilərdə əmələ gələn müxtəlif hissələrin mənşəyini aydınlaşdırmağa kömək edir.

Bitkilərdə böyümə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Bitkilərin böyüməsi