Bitki qamçılıları

Bitki qamçılıları (lat. – Phytomastigophora ) Qamçılılara daxil olan sinifdir.

Bitki qamçılıları
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Onların uzunluğu 3–5 mkm ilə 400 mkm arasında və daha böyük ölçüdə dəyişir. Forması ovalvari, sapvari, çöpvari və ya yarpağabənzərdir. Bədənin səthində çıxıntılar və tikanlar ola bilər. Əksəriyyətində xarici örtük pellikuladan ibarətdir, ancaq psevdopod əmələ gətirən və formasını dəyişə bilən növlərdə bədən xaricdən yalnız plazmatik membranla örtülmüşdür. Sitoplazmanın ekto və endoplazmaya bölünməsi əksər növlərdə kifayət qədər aydın ifadə olunmuşdur.[1]

Bitki qamçılılarının bir çox növlərində işığa həssas orqanoid- qamçının əsasında yerləşən stiqma vardır. Rəngli qamçılılar işıqda fotosintez prosesi həyata keçirirlər (avtotrof), rəngsizlər isə xırda ibtidailərbakteriyaların hesabına faqositoz yolu ilə saprofit şəkildə qidalanırlar (heterotrof orqanizmlər). Bitki qamçılılarının bəzi növləri eyni zamanda həm fotosintez prosesini həyata keçirir, həm də saprofit üsulla qidalana bilirlər (miksotrof orqanizmlər). Əsasən bir nüvəli orqanizmlərdir. Çoxalma – qeyri-cinsi yolladır, ancaq bir sıra növlərdə cinsi proses də məlumdur (məs: Polytoma uvella və ya kolonial Stephanosphaera, Volvox və b.). Bitki qamçılıları girdə və ya ovalvarı formada sakitlik mərhələsi (sista) əmələ gətirirlər. Bu zaman onlar xaricdən qalın qabıqla örtülürlər. Qabığın üzərində bəzən qabırğacıqlar, tikancıqlar və b. törəmələr olur. Yaşıl növlərdə sistada xloroplast olur, onlar növə məxsus rəngi və stiqmanı saxlayırlar. Həyat siklində sistalar müntəzəm olaraq, xüsusən əlverişsiz şəraitdə əmələ gəlir.[1]

  • Bitki qamçılıları 10 dəstəni özündə birləşdirir. Volvoksid və Xrizomonadid dəstələrinin nümayəndələri Azərbaycanın torpaqlarında tapılmışdır. Euglena viridis və Volvoks cinsinin növləri isə respublikanın su hövzələrində geniş yayılmışdır.
  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s

Sarkomastiqoforlar

  1. 1 2 Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s