Bitkilərin ekstremal təsirlərə davamlılığı

Bitkilərin ekstremal təsirlərə davamlılığı — xarici mühit amillərinə qarşı dözümlülük həddi[1].

Məlumdur ki, bitkilərin həyat fəaliyyətləri xarici mühit amilləri (işıq, temperatur və.s)sıx əlaqədardır. Bitkinin olduğu mühitdə şəraitin dəyişilməsinin müəyyən həddləri vardır ki, yalnız bu həddlər daxilində bioloji proseslərin normal gedişi mümkün olur. Bununla da bitki orqaniziminin aşağı və yuxarı tempuratura, quraqlığa, şoranlığa, xəstəliklərə və.s davamlığı(rezistenliyi)müəyyən edilir[1]. Təkamül prosesində bitkilərin xarici amillərə qarşı münasibəti dəyişilmiş, beləliklə də, mühitdə həmişə olan və miqdarca başqalarından üstünlük təşkil edən amilə görə müəyyən ekoloji formalar əmələ gəlmişdir(məsələn, keserofitlər, hiqrofitlər, halofitlər və s).

Quraqlığa davamlılıq[redaktə | mənbəni redaktə et]

Bitkilərin əksəriyyəti coxlu su itkisinə davam gətirə bilmir. Su itkisi zamanı hüceyrə biokolloidlərinin fiziki-kimyəvi xüsusiyətləri dəyisilir(özlüluk, protoplazmanın keçiriciliyi, pH, hidratlaşma və s). Müyyən edilmişdir ki, quraqlıq, bitkilərdə tənəffüsün energetik effektivliyini kəsgin aşağı salır. Quraqlıq şəraitində bitkilərin soluxması çox kəsgin deyilsə, onda bu proses dönən xarakterdə ola bilər[1]. Quraqlıqa davamlılıq müxtəlif yollarla əldə edilir. Bəzi bitkilər suyu çox az itirir, digərləri özünə toplaya bilir. Suklentlər (suyu özlərində toplayanlar), adətən, susuzlaşmaya az, kserofitlərisəisə cox dözumlü olurlar. Məsələn kseromorf bitki olan bitki olan zeytun (Olea europaea) 70%su itkisinə dözür, lakin əncir ağacı 25% su itkisinə davam gətirir. Lakin davamlılıq baxımından şibyələr və bəzi mamırlar xüsusuilə maraqlıdırlar. Onlar tamamilə qurumuş vəziyyətdə də məhv olmurlar. Müxtəlif qrup bitkilər suyun torpaqdan alınması və onun buxarlandırılmasını müxtəlif qaydada tənzim edir:

Atmosfer quraqlığı[redaktə | mənbəni redaktə et]

Suyu atmosferdən alanlar. Yəni hava kökləri olan bitkilərə görə müəəyən etmək olar.

Torpaq quraqlığı[redaktə | mənbəni redaktə et]

Suyun torpaqda çatışmazlığına görə müəyyən olunur[1]. V.Z.Zalenski bitkilərin quraqlığa davamlığında yarpaqların yerləşmə xarakterinin çox böyük rol oynadığını göstərmişdir. Quraqlıq dövündə otvarı bitlilərdə otvarı bitkilərdə yuxarı yaruslarda yerləşən bitkilər aşağı yaruslardakına nisbətən xeyli davamlıdır. Belə ki, su itkisi çox hallarda, ilk növbədə aşağı yaruslardakı yarpaqlar məhv olur. Bu göstərir ki yarpaqların gövdədə yerləşmə nöqtəsi yuxarı olduqca onların quraqliöa davamlılıği artır. Yuxarı yaruslarda yerləşən yarpaqlarda vahid səthə görə ağıcıqların miqdarı daha çox olur, yarpaqların su ötrücü elementlər daha yaxıi inkişaf etmiş olur. Onlarda hüceyrələrin ölçuləri daha kiçik, epiderms isə qalın mum qatı ilə örtülür. Quraqlıq səraitinə uyğunlaşmanın digər forması da bitkilərdə vegetasiya dövrünün qısalmasıdır.Bunlara yalançı keserofitlər deyilir.Həmçinin bitkilər iki qrupa bılünür:

  1. Efemerlər(birilliklər)-Əsasən ot bitkiləri olurlar.
  2. Efemeroidlər(çoxilliklər)-Bir neçə dəfə vegetasiya dövrü keçirirlər.

Bu qrup bitkilərdə vegetasiya bir necə həftədə başa çatdığından onlar yaz fəslində hələlik torpaqda qalan rütubətdən istifadə ede bilir.Quraqlıça davamlı bitkilərdə bir qayda olaraq ,protoplazma züllalarnın susaxlama qabiliyyəti, həmçinin də, potensial osmotik təsir çox olur. Quraqlığa davamlıqla əlaqədar olaraq bitkilərdə morfoloji dəyişiklər baş verir, məsələn, onlarda yarpaqların səthi ağızcıqlar kiçilir, mum təbəqəsi yaranır, protopazmanın hidratlaşması artır və s. Quraqlığa davamlılıq genlərin seçici (selektiv) şəkildə aktivləşməsi ilə əlaqədardır[1].

Bitkilərin aşağı və yuxarı temperatura davamlılığı[redaktə | mənbəni redaktə et]

Bitkilər və digər canlı varlıqlar güclü saxtaların ardından tezliklə məhv olurlar. Lakin birhüceyrəli orqanizimləri, hətta yarpaqları belə, şiddətli dondurduqdan sonra yənə də canlı vəziyyətə gətirmək mümkündür. Tropik qurşaqda bitən bir sıra bitkilər, hətta sıfırdan yuxarı müsbət temperaturda məhv olur, məsələn, pambıq sutka ərzində 1-30C-də, kakao bitkisi isə 80C-də sıradan çıxır.Buna görədə tipik cənub formalı bitkilər «soyuğadavamlılıq», sıfırdan aşağı temperaturda məhv olan bitkilər üçün isə «şaxtayadavamlılıq» hadisələri daha səciyyəvidir. Bitkilərin aşağı temperaturda məhv olma səsəbi, sürətlə soyuma zamanı hüceyrədə və ondan kənarda buz təbəqəsinin əmələ gəlməsidir. Hüceyrə daxili buz ,protoplazmatik qurluşu, xüsusilə əriyərkən daha çox daha çox dağıdır[1]. Aşağı və yuxarı temperatur bitkilərdə məhvedici təsir göstərir.Təbiətdə bitkilərin istidə məhv olması çox hallarda quraqlıq şəraiti ilə meydana çıxır,çünki istinin və quraqlığın bitkilərdə əmələ gətirdikləri zədələnmələrbir-biri ilə sıx əlaqədardır. Belə zədələnmələr protoplazmanın yüksək dərəcədə hidratlaşması sayəsində qismən azalır. Sükunətdə olan toxumlar və sporlar təxminən 1000C temperatura davam gətirir. Lakin bitkilərin əksəriyyəti 450C-dən yuxarı tempuraturda tezliklə məhv olur.Termofil yosunlarda başqa,70-800C və daha çox temperaturda məhv olmur. Mülayim qurşaqda bitkilər üçün temperatur optimumu 15-350C arasında yerləşir. yüksək temperatura uyğunlaşma bitkilərdə müxtəlif yollarla əldə edilir. Bəzi bitkilərdə müxtəlif yollarla əldə edilir. Bəzi bitkilər güclü transpirasiya aparmaqla özləriniyüksək temperaturdan qoruyur(qarpız). Digər bitkilər isə əksinə, buxarlanma olduqca zəif gedir(sukklentlər) və orqanizimin susuzlaşması kəsgin azalır.

Bitkilərin xəstəliklərə davamlılığı[redaktə | mənbəni redaktə et]

Hər bir orqanizimin özünə mexsus qidalanma tipi olduğu kimi,bitkilərdə xəstəlik törədən fitopatogen mikroorqanizimləridə qidalanma baxımından iki qrupa bölünür:saprotroflar və parazitlər. Birinci qrupa aid ölü bitki toxumaları ilə qidalandıqları halda, ikincilər yalnız canlı bitkilər hesabına yaşayır. Mikroorqanizimlərin sintez etdikləri fizioloji fəal maddələrin birhissəsi xarici mühitdə ekzotoksinlər çıxır, digər hissəsi isə patogen agentin öz hüceyrələrində toplayır. Mikroorqanizimlərin hasil etdikləri toksinlər bitkilərin normal həyat fəaliyyətini pozur və onun müəyyən dərəcədə dəyisilməsinə səbəb olur. Bitkilərdə xətəliyin ilk fazası mikroorqanizmin sporlarının cücərməsidir. Sonrakı faza parazit orqanizimin bitki hüceyrəsinə daxil olması və onun buraxdığı toksinlə bitki proplastı arasında qarışiqlı təsirin müəyən olunmasından ibarətdir. Parazitlər bitki toxumalarına , ağızcıqlar,mərciməklər, və zədələnmiş toxumalara asanlıqla daxil olur.Lakin bəzi mikroorqanizimlər zədənlənmiş toxumalarada çox asanlıqla girir. Bu halda da mikroorqanizimlərin ferment sistemləri də mühim rol oynayır.Bu fermentlərin(hidrolazalar ,esterazalar,hemisellülaza və.s)təsiri altında bitki hüceyrəsinin qılafı asanlıqla parçalanır və parazit hüceyrəyə keçir[1]. Patogen orqanizimin bitki hüceyrəsinə keçməsi sayəsində onun membranının keçiriciliyi artır ,protopazmanın quruluş özölüyı,hidrofilliyi və koaqulyasiyaya davamlılıçı xüyli azalır. Əldə olunan məlumatlara görə xəstəliyə davamlı bitki hüceyrəsində virus nuklotidlərinə qarşı zülal təbiətli interferona bənzər birləşmələr sintez olunur.Bu cür antivirus zülalını tütün yarpaqğının mitoxondirilərinin membranından almaq mümkün olmuşdur.Bu zülal virusların çoxaldılmasını 50-60% azaldır. Bitkilərin xəstəliklərdən mühafizə vasitələrindən biri də onlarda xüsusi maddələrin-fitonsidləin olmasıdır. Bu maddələr ali bitkilərin orqanizimlərində olur və antibakterial fəalliğa malikdir.

Bitkilərin şoranlığa davamlılığı[redaktə | mənbəni redaktə et]

Bitkilərin olduğu mühitdə mineral elementlərin həddindən çox olması, onların həyat fəaliyyətinə mənfi təsir göstərir. Torpağın şoranlaşması, udulan və digər kationlarla mübadilə oluna bilən natriumin miqdarının artaması ilə əlaqədardır.Şoranlaşmanın dərəcəsindən asılı olaraq torpağın, ümumiyyətlə uddma qabiliyyətinin 20-40%-i natriumun payına düşür. Şorəkət torpaqların üst qatında suda həll olan duzların miqdarı 1%-dən çox olur. Şoran torpaqların xüsusiyyətləri torpaqdakı aninonlardan da çox asılıdır. Odur ki, torpaqların şoranlığı anionlara görə adlandırırlar.

  1. Xloridlli
  2. Sulfatlı
  3. Karbonatlı

Şoranlığa münasibətinə görə bitkilər iki qrupa bölünur:

Halofitlər[redaktə | mənbəni redaktə et]

Qlikofitlər[redaktə | mənbəni redaktə et]

Halofitlər şoranlığa uyğunlaşan.Qlikofitlər şoranlığa uyğunlaşa bilməyənlərdir.Halofitlər özləridə iki yere bölünürlər:

Obliqat[redaktə | mənbəni redaktə et]

Fakultativ[redaktə | mənbəni redaktə et]

Obliqat halofitlərin həyat tsikli tamamilə şoran şəraitdə bşa çatır.Fakultativ bitkilər isə ,halofitlərlə qlikofitlər arasında keçid forma təşkil edir.

  1. Şoranlığa uyğunlaşma xarakterinə görə halofitlər özləri də müxtəlif cür olur[1]:
  2. duz toplayanlar
  3. duzu kecirməyənlər
  4. duzu özlərindən xaric edenlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 Neymət Qasımov. Bitki Fiziologiyası. Bakı: Bakı Universiteti. 2008. səh. 428-436.