Mamır

Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır.

Mamırlar
Elmi təsnifat
Aləm:
Şöbə:
Yarpaqlı mamırlar
Beynəlxalq elmi adı

Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20–30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir. Bunlardan biridə yaşıl quş mamırıdır. Yaşıl quş mamırı çoxillik bitkidir. Bataqlıqlaşmış və nəm yerlərdə rast gəlinir. Gövdəsi dik qalxır, budaqlanmır, üzərində sıx yerləşən və ucu şiş yarpaqlar olur. Bitkini torpağa gövdənin aşağı hissəsində yerləşən nazik sapşəkilli rizoidlər bərkidir. Quş mamırı bədən səthi ilə atmosferin rütubətindən də istifadə edə bilir və öz çəkisindən təxminən 4 dəfə çox su udur. Onlar oksigen az olan yerlərdə yavaş — yavaş parçalanır və torfa çevrilir. Torfdan isə yanacaq kimi istifadə olunur.