Bitkilərin həyati formaları

Bitkilərin həyati formaları: !. Fanerofit; 2-3. Xamefit; 4. Hemikriptofit; 5-9. Kriptofit: 5-6. Geofit; 7. Helofit; 8-9. Hidtofit.

Bitkilərin həyati formaları - Bitkilərin tumurcuqlarının əlverişsiz şəraitdə (ilin soyuq və quru mövsümlərində) torpağın və qar örtüyünün səviyyəsinə uyğunlaşması və özünü qorumasıdır. Bu sistem ilk dəfə 1905-ci ildə, Danimarka botaniki K.Raunkiaer tərəfindən təklif edilmişdir.[1]

Raunkier bitkiliyin formalaşdığı, müxtəlif ekoloji şəraiti əks etdirən, bitkilərin həyati formalarının 5 əsas tipini təsnif etmişdir. Müəyyən bir həyati formaya aid olan növlərin faizini hesablayaraq, dünyanın müxtəlif bölgələrinin və ya planetin müxtəlif tipli bitkiliklərinin həyati formalarının spektri əldə olunur.[1]

Fanerofitlər[redaktə | mənbəni redaktə et]

Fanerofit bitkilərdə tumurcuqlar qışlayır və ya quraqlıq dövrünü "açıq şəraitdə", torpaqdan hündürdə keçirirlər. Onları tumurcuqları xüsusi pulcuqşəkilli qabıqla mühafizə olunur. Bu tip özündə ağaclar, kollar və lianları birləşdirən 15 alttipi birləşdirir. Alttiplər ölçüdən (meqa-, mezo-, mikro- və nanaofanerofit), tumurcuğun tipindən (qorunan və ya açıq) və yatpaqtökməsinə (həmişəyaşıl və ya yarpağını tökənlər) görə bölünür.[2]

Xamefitlər[redaktə | mənbəni redaktə et]

Xamefit bitkilərdə qönçələr və təpə tumurcuqları əlverişsiz şərati torpağın səthinə sərilən və ya torpağa yaxın yerləşən əlavə tumurcuqlardan inkişaf edir. soyuq ərazilərdə bitən xamefitlərdə qönçə və təpə tumurcuqlarını qar, isti bölgələrdə isə onları bitki qalıqları örtür. Bunları Raunkier 4 alttipə bölmüşdür: yarımkollar, kolcuqlar, yarımkolcuqlar və "yastıq" bitkilər.[2]

Hemikriptofitlər[redaktə | mənbəni redaktə et]

Hemikriptofitlər əsasən ot bitkiləridirlər. Onların tumurcuqları torpağın üstündə, bəzən isə yarpalarla və ya bitki qalıqlarından əmələ gələn qatın altında yerləşir. Raunkier hemikriptofitlər arasında uzunsov zoğları olan "irotohemikriptofitləri" və qısa zoğları torpağın üzərində qışıaya bilən rozetli hemikriptofitləri ayırmışdır.[2]

Kriptofitlər[redaktə | mənbəni redaktə et]

Kriptofitlər tumurcuqları torpağın müxtəli dərinliklərində yerləşən Geofitlər ((G) kökümsovlu, kök yumrulu və soğanaqlı bitkilər), tumurcuqları suyun altında (hidrofitlər (Hi) və ya bataqlıqlarda (helofitlər (He)) qışlayan bitkilərdir.[2]

Terofitlər[redaktə | mənbəni redaktə et]

Terofitlər birillik bitkilərdir. Onları bütün vegitativ orqanları mövsümün sonunda məhv olur və qışlayan tumurcuqları qalmır. Bu bitkilər qışı və ya quraqlıq dövrünü torpağın üzərində yaxud torpaqda keçirən toxumlardan bərpa olunur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 F. A. Babayev Bitki Ekologiyası: Bakı-2003, 232 s.
  2. 2,0 2,1 2,2 2,3 2,4 Raunkiær Ch. Plant life forms / transl. from Danish by H. Gilbert-Carter. — Oxford : Clarendon Press, 1937. — vi, 104 p. (ing)