Biz gələcəyin dərziləriyik qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Film üst paltarları biçiciləri və dərzilər hazırlayan Bakıdakı 2 saylı peşə-texniki məktəb haqqındadır.
Biz gələcəyin dərziləriyik | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Kamil Mirzəyev |
Ssenari müəllifləri |
Y. Antonova Mais Məmmədov |
Operator | Kamil Mirzəyev |
İstehsalçı | "Peşətexfilm" Studiyası |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan SSR |
İl | 1970 |
Texniki məlumatlar |
2 hissə 240 metr |
Çəkiliş yeri | Bakı |
Film üst paltarları biçiciləri və dərzilər hazırlayan Bakıdakı 2 saylı peşə-texniki məktəb haqqındadır. Filmdə məktəbin kabinetləri, emalatxanaları göstərilir, şagirdlərin Əli Bayramov və Volodarski adına fabriklərdə bu peşəyə necə yiyələnmələri barədə danışılır.[1]
1970-ci ildə Bakıda V.İ.Leninin anadan olmasının 100 illiyinə və Sovet Azərbaycanının 50 illiyinə həsr olunmuş VII Respublika həvəskarlar filmləri festivalıbda film Azərbaycan Kinematoqrafçılar İttifaqının, AHİŞ və Azərbaycan LKGİ MK-nın diplomunu almışdır.[1]
Azərbaycan filmlərinin siyahısı
1970-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı