Bu məqalə AKİ haqqındadır. ARKİ üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı səhifəsinə baxın. |
Azərbaycan Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının sovet dövründə təsis edilmiş ictimai birliyi.
Azərbaycan Kinematoqrafçılar İttifaqı AKİ | |
---|---|
Azərbaycan Kinematoqrafçılar İttifaqı | |
Növü | ictimai birlik |
Yaranma tarixi | 1958 |
Qeydiyyat tarixi | 1963 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi |
AZ1016, Bakı şəh., Hökumət Evi, 5-ci alaqapı, 2-ci mərtəbə, 241-ci ofis (hüquqi ünvan) İçərişəhər, Mirzə Mənsur 71 (poçt əlaqəsi ünvanı) |
Yarandığı yer |
Bakı Azərbaycan SSR |
Fəaliyyət göstərdiyi yer |
Bakı Azərbaycan |
Qurucusu |
Lətif Səfərov (ilk sədr) |
Sədr | Rasim Balayev |
aki.az |
11 yanvar 1963-cü ildə təsis edilmişdir. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilmişdir[1].
İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasınn təsisçilərindən və üzvüdür.
1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan Kİ-nin birinci katibi seçilmişdir. 1996-cı ildə MDB və Baltikanı Kinematoqrafçılar Birliyi Konfederasiyasının iştirakı ilə, Azərbaycan Kinematoqrafçılar ittifaqı Azərbaycanda dünya kinosunun 100 illiyinə həsr olunmuş ilk Beynəlxalq Bakı festivalı - "Şərq-Qərb" keçirildi və nəticədə bu cür tədbirlər ənənəvi hal aldı.[2][3][4][5][6]
18 dekabr 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən avqustun 2-nin kinematoqrafçılar günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalandı.[7] Hər cümə günü kino pərəstişkarları üçün dünya və milli kinematoqrafının Qızıl Fondunu təşkil edən filmlərin nümayişləri keçirilir, həmçinin yeni çəkilmiş filmlər də göstərilir.
AKİ beynəlxalq əlaqələrin inkişafı üçün çalışır. 2005-ci ildə səfirliklər və Mədəniyyət Nazirliyi ilə birgə tədbirlər keçirilmişdi. Belə tədbirlərin arasında İsrail filmləri festivalı və Holokost günü; İran kino günləri; “Yeni Rus kinosu” günləri; “Yeni Macar kinosu” günləri, Hind və Türk filmləri festivalı yer almışdı. Tamaşaçıların nəzərinə müxtəlif janrlarda, müxtəlif stil və ənənələrin filmləri çatdırılmışdır.
İttifaqın təsis etdiyi Bakı Kino Məktəbində onlarla gənc peşəkar təhsil almaq şansı qazanıb.
Təşkilat Milli Kino Günü illik mükafat təsis edib. Mükafatın qalibləri sırasında Anar, Fuad Poladov, Fəxrəddin Manafov, Əsəd Əsədov, Tahir Əliyev, Firəngiz Qurbanova kimi peşəkarlar var.
Şəki şəhərində İttifaqın Yaradıcılıq Evi fəaliyyət göstərir.
2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi haqqında qərar qəbul edilib.[8] Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar tərəfindən birləşmədən sonra qurumun Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılması təklif edilib.[9][10] 2024-cü ilin martında 2 ittifaq rəsmən birləşib[11], birləşmiş təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq saxlanılıb, sədri isə Rasim Balayev seçilib.[12][13]
2012-ci ildə İttifaq qanunsuz olaraq, Hökumət Evindəki ofisindən çıxarılıb.[14]
İttifaqın Mingəçevirdə yerləşən Yaradıcılıq Evinin sökülməsi ilə bağlı 2013-cü ildən İttifaq Azenko ASC–yə qarşı məhkəmə iddiası qaldırıb.[15]
Kinematoqrafçılar İttifaqı 2020-ci ildə "Ölkə kinematoqrafçılarının birliyinin sarsıdıldığını" bəyan edib.[16]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |