«Bizim cənnət» (fr. Notre Paradis) — rejissor və ssenari müəllifi Qael Morelin filmi[2].
Bizim cənnət Notre Paradis | |
---|---|
fr. Notre Paradis | |
Janr | dram janrı |
Rejissor | Qael Morel |
Baş rollarda |
Stéphane Rideau Dimitri Durdaine Béatrice Dalle |
Bəstəkar | Camille Rocailleux |
İlk baxış tarixi | 2011, 12 aprel 2012[1] |
Filmin növü | Bədii film |
Müddət | 100 dəq. |
Büdcə | 600 000 € |
Ölkələr | Fransa |
Dil | Fransızca |
İl | 2011 |
Rəng | rəngli |
IMDb | ID1854568 |
Vasili — 30 yaşında Parisdən olan hastlerdir. Müştəriləri tərəfindən nifrət və təhqirə məruz qaldığından, olnarın bir çoxunu qətlə yetirir. Bir dəfə Bulon meşəsində huşunu itirmiş və döyülmüş cavan oğlan görür. Vasili onu öz evinə gətirir və yaralarını müalicə edir. Özünün yeni dostunu Ancelo adlandırır — o öz adını yaddan çıxarmışdı, qarnının aşağı hissəsində isə ANGE yazılı tatuirovkası vardı. Vasili və Ancelo sevgililər olurlar və klientlərin qətlində və qarətində tərəfdaşlara çevrilirlər. Parisdə qalmaq təhlükəli olur və buna görə sevgililər əvvəlcə Liona, Vasilinin rəfiqəsinin yanına, sonradan isə rəfiqənin azyaşlı oğlunu da özləri ilə götürərək Fransanın kimsəsiz dağ rayonunda gedirlər. Orada onlar Viktorun və Kamel adlı onun boyfriendinin gözəl və bahalı evinə köçürlər. Ölümcül birləşmə hallar və baş qəhrəmanın dəliliyi nəticəsində, qonaqlar vəşhicəsinə qonaqpərvər ev sahiblərini öldrürlər və onların evini ələ keçirməyə qərar verirlər.