Biznesin idarə edilməsi üzrə magistr və ya MBA — idarəetmə ixtisası üzrə magistr dərəcəsi.[1] MBA proqramında əsas kurslar biznes idarəçiliyinin müxtəlif sahələrini əhatə edir. Bəzi kurslar müəyyən bir sahədə əlavə təhsil almağa imkan verə bilər, lakin MBA adətən ümumi proqram kimi nəzərdə tutulur.
MBA ixtisası rəhbər işini yerinə yetirmək qabiliyyətini nəzərdə tutur. Təhsil müddəti xüsusi proqramdan asılı olaraq, iki ildən beş ilə qədər davam edir. Tədris texnologiyası case study metoduna əsaslanır.[2][3]
Müasir MBA proqramlarının ilk prototipləri XIX-cu əsrin sonlarında, şirkətlərin idarəetməyə elmi yanaşmaya malik mütəxəssislərə ehtiyacı olduğu zaman ABŞ-da yaradılmışdır.[4] XX-ci əsrin ortalarında Avropada ilk MBA proqramları meydana çıxdı. Hazırda bütün dünyada təhsil təşkilatları uğurla fəaliyyət göstərir.
Geniş istifadəsinə baxmayaraq, MBA ixtisasları üçün hələ də vahid standart yoxdur. Bu, müxtəlif təlim proqramlarının keyfiyyətinin qiymətləndirilməsində və müqayisəsində çətinliklərə gətirib çıxarır.
MBA proqramların vahid və ümumi qəbul edilmiş sistemləşdirilməsi yoxdur (eynilə vahid MBA standartı olmadığı kimi). Lakin ən çox rast gəlinənləri ayırd etmək olar:
MBA dərəcəsi verən institutlar biznes məktəbləri adlanır. Onlar çox vaxt universitetlərdə yaradılır. Məsələn, Harvard Universitetində Harvard Biznes Məktəbi, Stanford Universitetində isə Stenford Biznes Məktəbi yaradılıb. Biznes məktəblərinin bütün müxtəlifliyi ilə dünyanın ən yaxşı biznes məktəblərinin (ing. top business schools). reytinqinə daxil olan ən məşhurları var. Ən yaxşı biznes məktəblərinin illik reytinqləri üç tanınmış dünya nəşri tərəfindən aparılır və dərc olunur: