Black Sabbath Vol. 4 – İngilis heavy metal qrupu Black Sabbath-ın 1972-ci ildə çıxardığı dördüncü studiya albomu.
Black Sabbath Vol. 4 | |
---|---|
Yayımlanma tarixi | 25 sentyabr 1972 |
Janr | Hard rok, Heavy metal |
Müddət | 42:38 |
Dil | ingilis dili |
Leybl | Vertigo Records |
Prodüser | Patrick Meehan, Black Sabbath |
Albom Böyük Britaniyanın albom siyahılarında 8-ci sıraya, Billboard 200 siyahılarında isə 13-cü sıraya qədər qalxdı.
Qrup əvvəlcə albomu Snowblind adlandırmaq istəyirdi. Ancaq səsyazma şirkəti, eyniadlı trekin kokain ilə bağlı mahnı sözlərinin doğuracağı qalmaqaldan qorxdu. 2000-ci ildə Q jurnalı bütün dövrlərin 100 ən böyük albomu siyahısında Vol.4-ü, 60-cı yerə layiq gördü.