Blastoideyalar

Blastoideyalar (Blastoidea) dəniz qönçələri — dərisitikanlıların Crinozoa yarımtipinə mənsub olan nəsli kəsilmiş sinfi. Skeleti beşşüalı simmetriyalı, düzgün qönçəşəkilli fincan, gövdə və braxiolalardan iba­rətdir. Fincan bir-birinə bitişən 13 lövhədən ibarətdir. 3 alt lövhə saplağın üzərində oturur, daha üstdə qurşaq təşkil edən 5 şüa lövhələri və ondan da üstdə 5 şüaarası lövhələr yerləşir. Saplaq qısa və ya heç olmur. Blastoideyalar paleozoyun dəniz hövzələrində dibə təhkim olunmuş həyat tərzi keçirmişlər. Silur-perm xüsusilə karbon dövrü üçün səciyyəvidir.

Blastoideyalar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Blastoideyalar
Beynəlxalq elmi adı
  • Blastoidea
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.