Blind Guardian

Blind Guardian, 1984-cü ildə Almaniya'nın Krefeld şəhərinde qurulmuş bir power metal grupudur. Power metalspeed metal subjanrlarının ən yaradıcı ve təsirli grupları arasında göstərilir. Grubun karyerasında doqquz musiqiçi yer almışdır.2005-ci ildən beri grupun heyəti, vokalist Hansi Kürsch, gitarist André Olbrich və Marcus Siepen ilə zərb alətində ifa edən Frederik Ehmke'dən ibarətdir.

Blind Guardian
Blind Guardian, RockHard Festival 2016'da səhnədə
Blind Guardian, RockHard Festival 2016'da səhnədə
Əsas məlumatlar
Üslub
Fəaliyyət illəri 1984–bu gün
Leybl
Heyət Hansi Kürsch
André Olbrich
Marcus Siepen
Frederik Ehmke
Keçmiş üzvlər Thomas Kelleners
Markus Dörk
Christof Theißen
Hans-Peter Frey
Thomas "Thomen" Stauch
blind-guardian.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Grup tarixçəsi[redaktə | mənbəni redaktə et]

Grup, Blind Guardian adını almazdan əvvəl, 1986 və 1987-ci illərdə Lucifer's Heritage adı altında iki demo paylaşmışdır.

İlk albomlarından başlayaraq , qalan bütün albomlarında J.R.R. Tolkien və digər fantastik edebiyat yazıçılarının təsiri görünməkdədir. Bununla birliktə mahnı sözlərində mifik ünsürlər və əfsanələrə də çoxca rastlanılır.

İlk albomları Battalions of Fear ilə Follow the Blind daha çox speed metal ikən, 1992-ci ildə çıxan Somewhere Far Beyond albomları ilə birlikdə power metal tərzinə keçmişlərdir. Beşinci albomları Imaginations From The Other Side ilə birlikdə musiqiləri daha qarışıq bir hal almışdır. Bunda da şüphəsiz mahnılarında geniş yer verdikləri orkestr ünsüerlərinin payı böyükdür.

Grupun dünya səviyyəsində məşhurlaşması isə, AvropaYaponiya turnelərinden sonra olmuştur. And Then There Was Silence adlı solo çıxışı 14 dəqiqəlik uzunluğuna baxmayaraq İspaniya sıralarında 1. Kanada sıralarında isə yeddinciliyə qədər yüksəlmişdir.

Xüsusilə solistləri Hansi Kürsch, metal musiqi sahəsində ən yaxşı vokalistlərdən biri olaraq görülür. Operatik vokalları Blind Guardian'ın naliyyətlərində böyük paya sahibdir.

Grupun qurulmasından sonra 2005-ci ilə qədər keçən 20 illik vaxt boyu, öz yollarını dəyişmədilər.Lakin grup içində yaranan bəzi problemlərdən sonra zərb alətlərində ifa edən Thomen Stauch grup ilə yollarını ayırdı. Yerinə 2005'in İyul ayında Frederik Ehmke gəldi.

2006-cı ildə çıxması gözlənilən A Twist In The Myth albomunun səsyazması qurtarmışdır. Albom haqqında fikir verən single Fly isə bir neçə ay əvvəl paylaşılmışdır. Albomun səsyazması isə internetə düşmüşdür. Albomün çıxış tarixi olaraq Sentyabr 2006-cı il göstərilmişdir.

Grup, 2015-ci ildə Beyond the Red Mirror albomunu öz fanatları ilə paylaşdı.

Bundan başqa grupun 2022-ci ildə Deliver us From Evil adında singlı çıxmışdır.

Diskografiya[redaktə | mənbəni redaktə et]