Bob Anderson (yarışçı)

Bob Anderson (ing. Robert Hugh Fearon "Bob" Anderson; 19 may 1931[1], Hendon[d], Böyük London[1]14 avqust 1967[1]) — ingilis motosiklet və avtomobil yarışçısı, 29 Qran-pri Formula 1-də iştirak etmişdir.

Bob Anderson
Şəxsi məlumatlar
Doğum adı Robert Anderson
Vətəndaşlığı
Doğum tarixi 19 may 1931(1931-05-19)[1]
Doğum yeri
Vəfat tarixi 14 avqust 1967(1967-08-14)[1] (36 yaşında)
Vəfat səbəbi avtomobil qəzası[d]
İdman növü avtoidman[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerasına 1953-cü ildə moto yarışlarda iştirak edərək başlamış, 7 ildə iki dəfə North West 200 qalibi olmuş, müntəzəm olaraq xal qazanmışdır. Lakin, 1960-cı ildə iştirak etdiyi yarışda zədə aldı. Formula Junior –da və 5 il 1963-67 illərdə Formula 1-də iştirak etdi.

1967- ci ildə Silverstone Circuit –də test zamanı qəzaya düşdü.

Anderson, 1931-ci ildə Britaniyada anadan olub. Karyerasına 50-ci illərdə moto yarışlarda iştirak edərək başladı.

1960-cı ildə aldığı zədə nəticəsində motosiklet yarışlarına son qoydu və öz imkanlarını qiymətləndirmək üçün, Anderson, Formula Junior-da çıxış etməyə başlayır.

Daha sonra Lotus komandasında yarışlara qatılır.

Bob üçün Formula 1-də ilk mövsüm 1963 ildə başladı. O, Dünya Kubokunun iki mərhələsində iştirak etdi, burada iki dəfə 12-ci yerdə qərarlaşdı. Daha sonra Bob The 1964 Formula 1 mövsümündə iştirak etdi və artıq ikinci hissədə xal qazandı.

The 1965 Formula 1 mövsüm oyununun sonunda ona məxsus avtomobillə qəzaya uğrayır. Bu qəzada o zədə almadan xilas olur. O yenidən yarışlara davam edir.

Daimi uğursuz çıxışlar və avadanlığın sıradan çıxması, onu yarışları tərk etməyə məcbur edirdi, lakin o davam etməyə qərar Verdi. 1967-ci ildə yağışlı havada Silverstone-də test apararkən idarəetməni itirərək qəzaya düşür. 36 yaşlı Anderson bu qəzada ciddi zədələr aldığından həyatını itirir.

  1. 1 2 3 4 5 6 Mr Bob Anderson (ing.). / T. Gallagher London: Times Media, 1967. Iss. 57020. P. 10. ISSN 0140-0460; 0956-1382; 1363-7746

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Андерсон, Боб (гонщик) Arxivləşdirilib 2019-01-14 at the Wayback Machine