Bobrov

BobrovRusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.

Bobrov
Бобров
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
51°05′40″ şm. e. 40°01′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1698
Sahəsi
  • 22 km²
Mərkəzin hündürlüyü 150 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20.871 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 47350
Poçt indeksi 397759, 397700, 397701, 397702, 397703, 397704, 397705, 397706
Xəritəni göstər/gizlə
Bobrov xəritədə
Bobrov
Bobrov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bityuq çayı (Donun sol qolu) üstündə yerləşən Bityuq yurt vaxtilə bu ətrafda yeganə yaşayış məntəqəsi idi. Yaxınlıqda heç bir ev gözə dəymirdi. Lakin bu sakit və dinc həyat Voronejdən bura qazanc və səadət arayan hünərli adamların ayağı açılmaqla pozuldu. Voronej özü bu zaman 100 ildən də az bir müddər idi ki, rusların sərhəd qalasına çevrilmişdi. 1677-ci ildə Voronejli imkan sahibi iş adamı bir dəstə kəndlisi ilə hökumətdən xahiş etdi ki, Bityuq çayında balıq ovlamaları üçün onlara icazə versin. Lazımi icazə aldıqdan sonra o, başının adamları ilə Bityuq çayına enib Bityuq yurtda məskunlaşdılar. Su porsuqlarının (boburların) burada çox olduğunu görüb porsuq ovlamağa girşdilər. Bundan sonra Bityuq yurdu Bobrovıy Yurt adlandırmağa başladı.1.

1684-cü ildə Bityuq çayı boyu bu torpaqlar Troitsk monastırına verildi. Monastır çay boyu sahilləri ərazicə bölüb 12 yurd saldı. Bityuq yurd (Bobrov yurd) dərin bir dərə ilə ( dərə mənasında rusca türk sözü "ovraq" la yanaşı başqa bir türk sözü "baerak, bayrak" işlənir) sərhədlənirdi.

Zəngin və bərəkətli Bityuq ərazisi 1685-ci ildə İvan Jolobovun ekspedisiyası tərəfindən təsvir olundu. Azov səfərini qalibiyyətlə başa vuran I Pyotr 1699-cu ildə Bityuq çayı üzərinə saray kəndlilərinin köçürülməsi barədə fərman verir. Gələn yeni sakinlər bu təzə yerdə xəstələnib qırılarsa da və geri dönürlərsə də Pyotr nəyin bahasına olur olsun Bityuq vadisini ruslarla məskunlaşdırmaqdan vaz keçmir. Kostroma, Suzdal-Vladimir qəzalarından bura kəndlilər köçürür. Köçürülənlər Bityuq yurta üstünlük verirdilər. Eləcə də Prut döyüşündə məğlub olan Pyotr Azovu türklərə geri verərkən imkan tapıb Azovda yerləşdirdiyi rus əhalisini oradan Bityuqa köçürür. Bityuq yurt (Bobrov) hərb şəhəri sayılmağa başlayır. Həm çay, həm də yaşayış məntəqəsinin adı olan türk sözü Bityuq rus dilindəki saysız-hesabsız türk sözlərindən biridir. Bu dildə Bityuq "at cinslərindən birinin, əsasən yük atının adıdır" 2. Leksikoqraf V. Nikonov da Radlov lüğətinə əsaslanaraq "dəvə" mənası bildirən bu sözü türk (qədim caqatay) sözü kimi qəbul edir.

Beləliklə çox ehtimal ki, türk sözü bitük həm də öz əlavə mənasında "sağlam, güclü" çalarlarına da malik olan bu söz çayın adında məhz həmin mənası ilə ifadə olunmuşdur. Vladimir Dal da Voronej vilayətindəki çayın adının "güclü, coşqun" mənasında işlənən bitük sözündən yarandığının göstərir.

Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009