Bohema (it. La Bohème) — Cakomo Puççininin Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Sayca Cakomo Puççininin on iki operasından dördüncüsü sayılır[2]. Librettosu Anri Mürjrnin "Bohemanın həyatından səhnələr" əsəri əsnasında yazılmışdır. Əsərin ilk premyerası 1 fevral, 1896-cı ildə dirijor Arturo Toskanininin müşayiətində Turində olmuşdur.
Bohema | |
---|---|
it. La Bohème | |
Bəstəkar | Cakomo Puççini |
Librettoçu | İllika Luici, Cüzeppe Cakoza |
Dirijor | Toskanini Arturo |
Dili | italyanca |
Janr | Faciə |
Pərdə | 4 |
Yaradılma tarixi | 1896 |
İlk səhnələşdirmə | 1 fevral 1896[1] |
Hadisələrin baş verdiyi yer | Paris |
Personajlar |
Personajlar: |
Premyera |
1 fevral, 1896 it. Teatro Regio, Turin |
Vikianbarda əlaqəli mediafayllar |
Personajlar | Səslər |
---|---|
Rudolfo, şair | tenor |
Marçello, rəssam | bariton |
Şonar, musiqiçi | bariton |
Kollen, filosof | bas |
Benua, ev sahibi | bas |
Alsindor, dövlət müşaviri | bas |
Mimi | soprano |
Müzetta | soprano |
Parpinyol | tenor |
Gömrük serjantı | bas |
Yoxsul şair Rudolfo və rəssam Marçello milad axşamı Paris mansardasında soyuq sobanın ətrafında oturmuşlar. Onların sobanı qalamaq üçün nə oduncağı və nə də yeyəcək azuqələri vardır. Sobanı qısa müddətə qalamaq üçün, Rudolfo oz əlyazmalarından bir neçəsini qurban verir. Əlyyazmalar tez yanıb qurtardıqdan sonra soba yenə də soyuyur. Bu dəm Filosof Kollen evə gəlir. O, da səhnəyə qüssəli və incik çıxır, çünki o, bu milad axşamı bağlı olduğu üçün lombarda bəzi əşyaları girov qoya bilməmişdir. Sonuncu gələn musiqiçi Şonar olur. Onun əhvalı bir qədər yaxşıdır. O, özü ilə bir sifarişdən sonra əldə etdiyi bir şüşə çaxır, bir az yeyəcək, bir qədər də oduncaq və pul gətirmişdir. Dostların əhvalları bir qədər açılır, gecəni həməşə yığışdıqları latın məhəlləsindəki "Momus" kafesində keçirməyi qərara alırlar. Bu an ev sahibi Benua onlara rast gələrək, evin kirayəsini tələb etməklə bu xoş ovqatı pozmuş olur. Dostlar vəziyyətdən çıxmaq üçün Benuaya çaxır süzərək, könlünü qadınlar haqqında söhbətlərlə almağa çalışırlar. Çaxırdan xoşhallanan ev sahibi lovğalanmağa başlayır. Söhbət qızışır. Dostlar dolamaq üçün ev sahibini arvadına sədaqətsizlikddə günahlandırırıb mansardadan bayıra atırlar. Bundan sonra dostlar latın məhəlləsindəki "Momus" kafesinə yola düşürlər. Rudolfo bir qədər gec qalıb əsərini sona yetirmək istəyir. Daha sonra onlara qoşulacağına söz verir. Otaqda tək qalıb əsəri üzərində işləyərkən birdən qapı döyülür. Gələn onun qonşusu Mimidir. O, pilləkənlərdə şamın söndüyünü və yandırmaq üçün ona kömək etməsini xayiş edir. Mimi Rudolfonun otağında bayılıb qalarkən mənzilinin açarını salmış olur. Sonra onlar birlikdə itmiş açarı axtarmağa başlayırlar. Rudolfo heç də açarın tez tapılmasını istəmir. Nəfəsi ilə Miminin əlindəki şam sönmüş olur. Onlar qaranlıqda axtarışa başlayırlar. Qaranlıqda Miminin əli onun əlinə toxunar toxunmaz Rudolfo açarı tapmış olur. Lakin xəlvətcə onu öz cibinə qoyur.
(italyanca) Che gelida manina, se la lasci riscaldar... |
(azərbaycanca, hərfi tərcümə) Bu əllər necədə soyuqdur! |
Mimi öz həyat hekayəsini ona danışır. Beləliklə onlar lk baxışdan bir-birinə vurulurlar. Sevgililər birlikdə latın məhəlləsindəki kafeyə yola düşürlər.
(italyanca) Sì. Mi chiamano Mimì, |
(azərbaycanca, hərfi tərcümə) Bəli. Məni Mimi çağırırlar, |
Parisin Latın məhəlləsi daha gurultulu milad bayramını qeyd edir. Küçə oyuncaq alverçisi Parpinyolun işləri qaydasında gedir — uşaqların ardı arası kəsilmir. Rudolfo Mimiyə onun çoxdan arzusunda olduğu çəhrayı bir papaq alır, bunu o, sonradan ona etiraf edir. Dostlar "Momus" kafesində Marçellonun keçliş sevgilisi Müzettini yeni pərəstişkarı varlı, dövlət müşaviri, polkovnik Alsindor ilə birlikdə görürlər. Müzetti qoca polkovniklə mazağlaşaraq, onu Lulu deyə çağırmaqla, Marçelliyə acıq verir. Marçello qısqanır, lakin Müzetti polkovnikə tapşırıq verib yola salır ki, Marçellonun yanına dönsün. Dostlar "Momus" kafesini tərk etmək istədikdə, Şoner pulunun qurtardığını görür. Müzetta kafe qulluqçusuna deyir ki, onların pulunu qoca polkovnik ödəyəcəkdir. Geri qayıdıb gələn polkovnik hesabı gördükdə şoka düşərək, sula yıxılır.
Fevral səhəri, şəhər kənarı. Marçelloya bir qədər pul qazanmaq üçün imkan yaranır. Şəhər kandarındakı kabaredə rəngsazlıq işi ona tapşırılmışdır. Məhz bu kabaredə Müzetta çıxış edir. Mimi Marçellodan ona əzab verən Rudolfonun əsassız qısqanclığının səbəbini soruşur. Qəflətən şair Rudolfonun gəlməsindən gizlənən Mimi dostların söhbətinə qulaq verir. Belə ki, Mimi Rudolfonun qısqanclığının səbəbini öyrənmiş olur. Məlum olur ki, Mimi çarəsiz vərəm xəstəsidir. O isə onu saxlaya bilməyəcəyindən ehtiyat edir. Bu an hönkürtü ilə Mimi Rudolfonu inandırmağa çalışır ki, onunla qalsın. Hər ikisi qışın sonuna qədər bir yerdə qlmağa qərar verirlər, lakin hər ikisi anlayır ki, onların baharı heç olmayacaq. Marçello Müzettanı yelbeyinlikdə gönahlandıraraq onunla münasibətinə son qoyur.
Yarım il sonra mansardada. Rudolfo və Marçello keçmiş sevgililəri üçün darıxsalar da bunu bir-birilərinə deməkdən çəkinirlər. Bu zaman Kollen və Şoner gələrək özüləri ilə bir qədər ərzaq gətirirlər. Dostlar bu baş verən hadisələri yumorla qarşılayırlar. Bir qədər sonra isə Müzetta taqəti qalmamış xəstə Mimini özü ilə götürərək gəlir. Mimi Rudolfo ilə görüşmək istəyir. Otağı qızdırmaq və həkim çağırmaq üçün öz sırğasını, Kollen isə öz sevimli paltosunu verirlər. Bu arada palto ariyası oxunur. Filosof Kollen Lombarda aparmazdan əvvəl öz köhnə poltosunu və yaşadığı həyatını Bohema kimi sevir.
(italyanca) Vecchia zimarra, senti, |
(azərbaycanca, hərfi tərcümə) Qulaq as, ey köhnə palto |
Dostlar sevgililəri baş-başa buraxırlar. Onlar keçmış xatirələrini yada salırlar. Bu zaman Mimi boğulmağa başlayır. Rudolfonun çığırtısına yerdə qalanlar ona hay verirlər. Rudolfo sevgilisinin öldüyünü görüncə çarəsiz onun adını bağırır.