Madam Batterflay

Madam Batterflay (it. Madama Butterfly) — Cakomo Puççininin 3 səhnədən ibarət 2 pərdəli David Belaskonun “Geyşa” əsəri əsnasında librettosu İllika Luici, Cüzeppe Cakoza tərəfindən yazılmış operası. Opera premyerası 17 fevral, 1904 cü ildə Milanın La Skala səhnəsində oynanılmışdır.

Madam Batterflay
it.
Operanın afişası
Bəstəkar Cakomo Puççini
Librettoçu İllika Luici, Cüzeppe Cakoza
Dili italyanca
Süjet David Belasko “Geyşa”
Janr Dram
Pərdə 2
Səhnə 3
Yaradılma tarixi 1903-1904
İlk səhnələşdirmə 17 fevral 1904[1][2]
La Skala[2]
Müddəti 2½ saat
Hadisələrin baş verdiyi yer Naqasaki[1]
Personajlar

Personajlar:

  • Madam Batterflay (Çio-Çio-san) soprano
  • Sudzuki, qulluqçu mezzosoprano
  • Benjamin Franklin Pinkerton, ABŞ HDD zabiti tenor
  • Şarples, amerikalı konsul bariton
  • Qonor tenor
  • Şahzadə Yamadori tenor/bariton
  • Bonza, Çio-Çio-sanın əmisi bas
  • Yakuside, Çio-Çio-sanın əmisi bas
  • Komissar bas
  • Qeydiyatçı məmur bas
  • Çio-Çio-sanın anası mezzosoprano
  • xalası soprano
  • kuzanı soprano
  • Ket Pinkerton mezzosoprano
  • Dolore, oğlan
  • Çio-Çio-sanın qohumları, dostları, rəfiqələri, qulluqçuları
Premyera 17 fevral, 1904
La Skala, Milan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Madam Batterflay
Səhnələr
Personajlar Səslər İfaçılar
Madam Batterflay (Çio-Çio-san) soprano Rozina Storkio
Sudzuki, qulluqçu mezzosoprano Cuzeppina Cakonia
Benjamin Franklin Pinkerton, ABŞ HDD zabiti tenor Covanni Dzenatello
Şarples, amerika konsulu bariton Cuzeppe De Luka
Qonor tenor Haetano Pini-Korsi
Şahzadə Yamadori tenor/ bariton Emilio Venturini
Bonza, Çio-Çio-sanın əmisi bas Paolo Vulman
Yakuside, Çio-Çio-sanın əmisi bas Antonio Volpini
komissar bas Viale
qeydiyatçı məmur bas Cennari
Çio-Çio-sanın anası mezzosoprano Tina Alisa
xala soprano Gissoni
kuzan soprano Palmira Maci
Ket Pinkerton mezzosoprano Manfredi
Dolore, oğlan danışıqlı rol
Çio-Çio-sanın qohumları, dostları, rəfiqələri, qulluqçuları

ABŞ HDD zabiti leytenant Franklin Bencamin Pinkerton Batterflay kimi tanınan Ço-Ço-San adlı bir geyşaya vurulur. Dəllal Qore Naqasaki ətrafındakı bir təpə üzərindəki evi Pinkertona göstərir. Pinkerton bu evdə Batterflay ilə bal ayı keçirməyi qərara alır. Dəllal Qore zabitə Sudzuki və digər qulluqçuları təqdim edir. Toya hazırlıq başlanır.

Mərasimə pinkertonun tanışı amerika konsulu Şarpless təşrif gətirir. Onların aralarındakı söhbətdən belə məlum olur ki, Pinkerton bu hərəkəti ilə utancverici bir məqsəd güdür. belə ki, o, heç də Ço-Ço-Sanı özünə arvad etmək istəmir. Amerikada bu nikahın heç bir hüquqi əsası yoxdur. Beləliklə də o, özünü subay kimi hiss edə biləcəkdir. O, tipik amerikanlıdır. Amerikanlılar həmişə təşəbbüskar insanlar olmuş və öz xeyrinə görə hərəkət etmişlər. Bu məqamda Pinkertona toy sərf edir, digər tərəfdən də o, özünü subay saya biləcəkdir. Konsul Şarpless bunu utancverici bir hərəkət olduğunu deyərək, ona xəbərdarlıq edir: Ço-Ço-San çox gəncdir, həm də təmiz və namusludur. Ona qarşı bu cür rəftara layiq deyildir. Bütün bunlar pis sonluqla bitə bilər. Pinkerton dostunu sakitləşdirərək: onun nikah müqaviləsi müvəqqəti xarakter daşıyır, necə ki, 999 ilə kirayə götürdüyü ev kimi, hər an ləğv oluna bilər.

Ço-Ço-San geyşa rəfiqəsi ilə gəlirlər. Konsul onun gözəlliyinə heyran qalır və onun yaşı ilə maraqlanır. Ço-Ço-San onunla flört edərək on beş yaşı olduğunu deyir. Ço-Ço-Sanın atası yoxdur. Ancaq anası ilə yoxsulluq içində yaşayır. Gözəl gəlin libasında amerikanlı ilə məhəbbətindən danışır. Sevgilisinin ona dinindən üz döndərib ərinin dinini qəbul etməsini öyrənincə, konsul lap pərişan olur. O, anlayır ki, məsələ daha da ciddiləşməyə başlayır. Toy mərasimində Ço-Ço-Sanın əmisi, yapon bonzası dinini dəyişdiyinə görə gəlini nəhlətləyərir. buna baxmayaraq nikah baş tutur. Bu zaman sevgi dueti səslənir.

Üç il sonra. Pinkerton nikahdan bir qədər sonra sonra Amerikaya dönür. Ço-Ço-San onu gözləməkdə davam edir. Ço-Ço-San ərinin sədaqətliliyinə, Amerikada kişilərin sədaqətsizliyə görə həbs edildiklərinə hələ də inanır. Qulluqçu Sudzuki Pinkertonun qoyub getdiyi pulların qurtardığını deyir. Ço-Ço-San ağlayaraq ehtiyat edir ki, əri qayıtmasa o, təzədən öz geyşa sənətinə dönmək məcburiyyətində qala bilər. Bu zaman “Aydın gün arzusu” ariyası səslənir.

Konsul Şarpless gələrək, Pinkertonun Yaponiyaya, özü də amerikalı arvadı ilə dönməsini xəbərləyən bir məktub gətirir. Məktubun məzmununa əhəmiyyət verməyən Ço-Ço-San çox sevinir. Onun həyəcan dolu sevinci konsula məktubun əsas qayəsini deməyə imkan vermir. Nəhayət Şarpless macal tapıb Ço-Ço-Sana deyə bilir ki, Pinkerton daha onun əri deyildir. Ço-Ço-San bunun yalan olduğuna inanaraq öz oğlunu konsula göstərir. Ço-Ço-San onun oğlunun Yaponiyada ən gözəl oğlan olduğunu və heç kimin belə mavi gözlü oğlan uşağına malik olmadığını deyir. Ço-Ço-San deyir ki, indi uşağın adı Dolore (İztirab), atası gələndən sonra isə Coyya (Şən) olacaq.

Top səsləri limana gəminin yan aldığından xəbər verir. Batterflay eyvana qaçaraq, “Avram Linkoln” gəmisini görür. Bu Pinkertonun gəmisidir. dərhal evi gül-çiçəklərlə bəzəməyi tapşırır. özü isə toy libasını geyinməyə, öz ərini qarşılamağa tələsir.

Gecə sona yetir. Patterflay artıq uyumuş oğlunu digər otağa aparır. Səhnədə qulluqçu Sudzuki qalır. Bu an pinkerton gəlir. O, tək deyil. Yanında arvadı Keyt və Şarpless də vardır. Konsul Pinkertona nə etdiyini söyləyir. O isə özünə haqq qazandıraraq, Batterflayın bu nikahı ciddi qəbul ediləcəyinə inanmırdı. Onlar qulluqçu Sudzukidən olub bitənləri Ço-Ço-Sana anlatmağı və uşağı onlara verməyə razı olması üçün dilə tutmağı xahiş edirlər.

Ço-Ço-San gəlir və qulluqçudan naməlum qadının kimliyini soruşur. Biləndə ki, qadın Pinkertonun arvadıdır, bütün bu illər ərzində yanıldığını anlayır. Sudzuki uşağı onlara verməyi təkid edir. Batterflay özü də anlayır ki, başqa çarəsi qlmamışdır. Keyt pinkerton aldanmış Batterflayın dərdini anlayaraq, ona uşağa layiqincə baxacağına söz verir. Ço-Ço-San tək qalır. Qərara gəlir ki, “Namusla yaşamağı bilməyən, namusla ölməyi bacarmalıdır”. Əlindəki xəncərlə özünə qəsd etmək istərkən, oğlunun gəlişi onu çəkindirir. Ço-Ço-San oğlunu öpüb evin bağçasında oynamağa göndərdikdən sonra, xəncəri öz qarnına sancaraq yapon ənənəsindəki harakiri qətlini icra edir. Pinkerton yuruyərək daxil olur, lakin artıq gec idi: Batterflay ölmüşdür.

  1. 1 2 Mesa F. Opera (ing.): an encyclopedia of world premieres and significant performances, singers, composers, librettists, arias and conductors, 1597-2000. Jefferson: McFarland & Company, 2007. P. 158. ISBN 978-0-7864-0959-4
  2. 1 2 Archivio Storico Ricordi. 1808.