Bokkoni Universiteti və ya tam adı Luici Bakkoni adına Kommersiya Universiteti (it. Università Commerciale Luigi Bocconi) — İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi; biznes sahəsi üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri.
Bokkoni Universiteti UNIBOCCONI | |
---|---|
45°27′01″ şm. e. 9°11′23″ ş. u. | |
Əsası qoyulub | 10 noyabr 1902 |
Tip | Özəl |
Prezident | Mario Monti |
Rektor | Andrea Sironi |
Tələbə sayı | 13.404 (7 yanvar 2015)[1] |
Ölkə | |
Ünvan | İtaliya, Milan şəhəri |
Sayt |
unibocconi.it unibocconi.eu |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet 10 noyabr 1902-ci ildə fəaliyyətə başlamışdır.
Universitet məşhur biznesmen və xeyriyyəçi Ferdinand Bokkoninin oğlu Luici Bakkoninin şərəfinə belə adlandırılmışdır.[2] Həmçinin bu ali təhsil müəssisəsi həmin biznesmenin maliyyələşdirməsi sayəsində yaradılmışdır.[2] Sahibkar Birinci İtaliya-Həbəşistan müharibəsi zamanı 1 mart 1896-cı ildə Adua döyüşündə həlak olmuş oğlu Luicinin adını şərəfləndirmək və yaşatmaq qərarına gəlmişdi.[2] Bu döyüşlərdə İtaliya Həbəşistana tam məğlub olaraq 11 mindən çox insan itirmişdir.[2]
Bu ali məktəb İtaliyada məzunların iqtisadçı diplomu əldə etdiyi ilk təhsil müəssisəsi idi.[2]
Ferdinand Bokkoni tərəfindən yaradılan universitet italyan iqtisadiyyatını irəli çəkə bilən mütəxəssislərin yetişdirilməsi məqsədilə fəaliyyət göstərir.[2] Universitet həmçinin real dünya, innovasiyalar və intellektual azadlıq prinsipləri əsasında təşkil edilmişdir.[2]
Universitetdə iqtisadiyyat, menecment və digər ixtisaslar üzrə bakalavr, magistr və elmlər doktoru (PhD) dərəcəsi almaq mümkündür.[2] MBA diplomuna isə SDA Bokkoni Menecment məktəbində təhsil almaqla əldə edilə bilər.[2] Bundan əlavə, universitet ixtisasın artırılması və biznesin müxtəlif növləri üzrə yüzlərlə proqram təklif edir.[2]
Bokkoni Universitetinin əcnəbi tələbələr üçün əlavə cəlbedici cəhəti tək italyan dilində deyil, ingilis dilində də tədrisin aparılması, həmçinin təqaüdün əlçatan olmasıdır.[2]
"Vol Strit" jurnalının (ing. "The Wall Street Journal") apardığı reytinq sıralamasına görə dünyada fəaliyyət göstərən 20 ən yaxşı biznes ali məktəbi sırasına daxil olub.[3]
Bokkoni Universiteti əsasən "İqtisadiyyat" və "Maliyyə" ixtisasları üzrə təqdim etdiyi diplomalara görə yüksək qiymətləndirilir.[2] SDA Bokkoni Menecment məktəbi isə Avropanın ən yaxşı biznes məktəblərinin onluğuna daxildir.[2]
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: