Bokovski rayonu (Rostov vilayəti)

Bokovski rayonu — Rusiyanın Rostov vilayəti ərazisində yerləşən inzibati rayon.

Rusiya rayonu
Bokovski
Bayraq Gerb
Bayraq Gerb
49°13′20″ şm. e. 41°50′01″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 28 dekabr 1934
Sahəsi
  • 1.927 km²
Mərkəzin hündürlüyü 85 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.533 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86382
Digər
bokovadm.ru
Xəritəni göstər/gizlə
Bokovski xəritədə
Bokovski
Bokovski
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzi Bokovski stanisasıdır.

Bokovski rayonunun sahəsi 1927 km² ərazini əhatə edir və Rostov vilayətinin şimalında yerləşir. Şərqdə Volqodonsk vilayəti, cənub-şərqdə Sovetski rayonu, cənubda Kaşarski rayonu, qərbdə Verxnedonski rayonu, şimalda Şoloxov rayonu ilə sərhədlənir. Rayon ərazisindən Çir çayı axır. Rayonun ərazisi bitki və heyvanlar aləmi ilə zəngindir.

İnzibati mərkəzi olan Bokovski stanisası Rostov-na-Donu şəhərindən 340 km məsafədə yerləşir. Ona ən yaxın rayon mərkəzi Kaşardır. Kaşara olan məsafə 70 km təşkil edir. Yayon mərkəzindən Volqoqrada olan məsafə 280 km, Krasnodara olan məsafə 604 km, Moskvaya olan məsafə 999 km təşkil edir.

Bokovski rayonu 28 dekabr 1934-ci ildə Azov-Qaradəniz vilayətinin Veşenski rayonunun bölünməski nəticətində təşkil edilmişdir. Bu zaman yeni Bazkovski rayonu, Bokovski və Veşenski rayonları təşkil edilmişdir. Bokovski rayonu 1963-cü ildə ləğv edilmişdir. 1970-ci ildə isə yenidən bərpa edilmişdir[2]

Bokovski Diyarşünaslıq muzeyi

[redaktə | mənbəni redaktə et]

Bokovski Diyarşünaslıq muzeyi 8 may 1982-ci ildə açılmışdır. Bir təşkilat və müəsisə olaraq isə 1976-cı ildə baş vermişdir. Muzey 7 zaldan ibarıtdir.

Muzeyin adresi: Bokovski rayonu, Bokovskaya st, Teliçenko x, 18.

Rayonun əhalisi — 14 min nəfər təşkil edir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "История Донского края — Боковский район". 2013-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-21.