Bokser, Almaniya və Hollandiyanın müştərək istehsal etdiyi zirehli döyüş maşınıdır. Maşın, zirehli maşınların növbəti nəslini istehsal etməyi hədəfləyən müştərək bir Avropa dizayn layihəsidir və mərkəzi Almaniyada yerləşən Krauss-Maffei Wegmann GmbH və Rheinmetall MAN Military Vehicles GmbH (RMMV) və mərkəzi Hollandiyada yerləşən Rheinmetall MAN Military Vehicles Nederland B.V. müştərəkliyindəki ARTEC GmbH şirkəti tərəfindən istehsal olunur. Əməliyyat mənzili 1100 km, maksimum sürəti 103 km-dir.
Bokser | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 2011 |
İstehsal tarixçəsi | |
İstehsalçı | ARTEC GmbH |
Xüsusiyyətləri | |
Ağırlığı | 24,000 - 36,500 kq[1] |
Zireh | AMAP (Kompozit zireh) |
Mühərrik | MTU 8V199 TE20 dizel[2] |
Güc nisbəti | 16.1 kW/t |
Mühərrik gücü | 711 AG |
Əsas silah | Konfiqurasiyadan asılı olaraq müxtəlifdir |
Uzunluğu |
|
Eni | 2,99 m |
Hündürlüyü | 2,37 m |
Ekipaj | 3-8 |
Vikianbarda əlaqəli mediafayllar |